Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-01-2024 [00:07]
Qoç - günün ilk yarısında özünüzə əmin olsanız, işləriniz uğurlu alınacaq. Yaşanan olaylarla bağlı fikrinizi bildirməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Peşəkar fəaliyyətlə bağlı sizdən məsləhət istəyənlər var.
Günün ikinci yarısında adi günlərlə müqayisədə əhvalınız daha sürətlə dəyişəcək. Obyektiv səbəblər ilk baxışdan yoxdur. Yaxınlarınızın, sevdiyiniz insanın iradlarını nəzərə alın. Ünvanınıza deyilən istənilən tənqid sizi təbdən çıxarmasın. Aqressiv cavab versəniz, sonradan peşman ola bilərsiniz.
Buğa - günün ilk yarısı yeni layihəyə başlamaq, sifarişi yerinə yetirmək üçün əlverişli zamandır. İşlərə ağılla, məntiqlə yanaşsanız, çətinlikləri dəf etmək olar. Əlverişli situasiya, ən başlıcası isə ətrafınızdakı insanların dəstəyi önəmli məqamlardır.
Günün ikinci yarısında yadlara sirlərinizi danışmayın, planlarınızı bölüşməyin. Mənasız söhbətlər və boş mübahisələr vaxtınızı alacaq. Yaşlı qohumlardan birinin səhhətində, yaxud da maddi durumunda problemlər yarana bilər.
Əkizlər - soyuqqanlı, səbrli olun. İşlərə başlayanda nə ilə məşğul olduğunuzun təfərrüatlarını öyrənin. Qətiyyətli və iradəli davranışı seçin. Müstəqil fəaliyyət göstərin, təkbaşına işləyin. Əməkdaşlıq və ya birgə çalışmaq məhsuldar, uğurlu olmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas olun. Qıcıqlı və aqressiv davranmayın. Səhhətinizə fikir verin. Əsəbilik, nevrozlar orqanizminizdə fəsadlar yarada bilər.
Xərçəng - günün ilk yarısında baş verən olayları diqqətlə müşahidə edin. Çətinliyinə görə yarımçıq qalmış işləri başa vurun. Yaradıcı potensialınızı inkişaf etdirin.
Günün ikinci yarısında hadisələrin axarına sərt təsir etməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla təmaslarda alicənab olun. Ən başlıcası isə hiyləgərlik etməyə, aşkar məqamları gizləməyə çalışmayın. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq ola bilər.
Şir - bu gün formalaşacaq ideya gəlirlərinizi artıra bilər. Amma bunun üçün xeyli zəhmət və ciddi çalışmaq gərəkdir. Vaxt qıtlığı yaranmasın deyə, planlı hərəkət edin. Adi günlərdən fərqli olaraq işgüzar tərəfdaşlarla münasibətlərdə sərinlik formalaşacaq.
Günün ikinci yarısı alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasibdir. Axşam saatlarını ailənizə, ən yaxın insanlara həsr edin. Qonşu və ya dostlardan biri davranışı ilə sizdə qıcıq yaradacaq. O, özünə ifrat diqqət tələb edir.
Qız - mənasız söhbətlərə qatılmayın. Başqalarının problemləri ilə məşğul olmayın, bilavasitə sizə dəxli olmayan məsələlərlə bağlı fikir yürütməkdən ehtiyatlanın. Tələskənliyə yol verməyin, plana uyğun hərəkət edin.
Günün ikinci yarısında bir sıra işlərin öhdəsindən gələ bilərsiniz. Axşam saatlarına yaxın yaşlı şəxslə mübahisə istisna deyil. Mənasız təhlil və müzakirələri dayandırın. Yeni tanışlıq və görüş üçün münasib zaman deyil.
Tərəzi - sayıq olsanız, əlavə gəlirlərlə bağlı ideyanı reallaşdırmaq olar. Sərvaxtlıq, düşünülməmiş qərarların verilməməsi planlarınızda irəliləyişlər yaradacaq. Əks təqdirdə uzun müddətdən bəri hazırladığınız məsələdə geriləyəcəksiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın. Ailə üzvləriniz sizdən əsla maraqlanmadığınız işi görməyi tələb edəcəklər. Güzəştə meylli olun, amma öz mənafeyinizi də qulaqardına vurmayın.
Əqrəb - günün ilk yarısı məhsuldar fəaliyyət üçün çox əlverişlidir. Durumu təhlil edin, ətrafınızdakı insanlara təsir göstərməyə çalışın. Kiçik problemlərə və xırda maneələrə fikir verməyin.
Günün ikinci yarısında sonradan yaşamınızda və işlərinizdə önəmli rol oynayacaq insanla qarşılaşacaqsınız. Ailədə anlaşılmazlıq yaranarsa, səbr və dözüm xoşagəlməz məqamı çözməyə imkan verəcək.
Oxatan - riskdə xeyir var. Çəkinməyin, məqsədə çatmaq üçün iradəli davranın. Maliyyə məsələlərində eksperimentlər uğurlu alına bilər. İntuisiyanıza güvənin və o, seçim anında sizi yanıltmayacaq.
Günün ikinci yarısı yeni işgüzar münasibətlərə başlamaq üçün əlverişlidir. Peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə diqqətli olun. Uzun səfərə yollanmayın. Axşam saatlarında proseslərin donuq müşahidəçisinə çevrilməyin.
Oğlaq - aktual məsələləri həll etməyə başlayın. Önəmli anlaşmada emosiyalara qapılaraq yanlış qərar verməyin. Ümumi maraqlar tələb edirsə, güzəştə getməyi və bir qədər geri çəkilməyi bacarın.
Yaxın ətrafınızdakı insanlara sayğı ilə yanaşsanız, ağır problemin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanla qarşılaşacaqsınız. İşgüzar səfər pis alınmayacaq.
Günün ikinci yarısında yaxınlarınızdan birinin tənqidi sizdə kəskin reaksiya və qıcıq yaratmamalıdır. Siz dəstək sözləri, tərif və ya əməyinizin nəticələrinin təqdirini eşitmək istəsəniz də, reallıq fərqlidir. Dəyər verdiyiniz insanları incitməyin.
Dolça - günün ilk yarısında maraqlı tanışlıqlar və xoş görüşlər istisna deyil. Peşəkar fəaliyyət sahəsində gözlənilməz irəliləyiş, şəraitin yüngülləşməsi yaşanacaq. İşgüzar səfər və uzaqdan gəlmiş adamla danışıqlar pis alınmayacaq. Başqalarının uğurlarına sevinməyi bacarın.
Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin. Həmin şəxsin dəstəyinə və məsləhətlərinə ehtiyacınız var.
Balıqlar - bu gün ən yaxşı məziyyətlərinizi, üstün yönlərinizi nümayiş etdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Ən müxtəlif sahələrdə fəaliyyət göstərməli olacaqsınız.
Günün ikinci yarısında uzun müddətdən bəri diqqətinizdən kənar qalan işi başa vurun. Əks cinslə ünsiyyətdə diqqətli olun. Sevdiyiniz insanın qayğılarını anlayın. Müsbət emosiyalar bəxş edin.
Milli.Az
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."