Ev dustağı edilən baş həkim və şöbə müdiri kimdir?
11-01-2024 [10:37]
Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı tibb müəssisəsinin 3 vəzifəli şəxsi barəsində ev dustaqlığı qərarı verilib.
Barəsində ev dustaqlığı verilən Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzi 2009-cu ilin dekabr ayında istifadəyə verilib. Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir.
Mehriban Abasquliyevaya Respublika Perinatal Mərkəzinə 2022-ci ilin dekabrında direktor təyin olunub. Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.
Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.
2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.
Mehriban Abasquliyevaya 2 saylı Doğum Evində işləyəndə onun barəsində mediada xeyli yazılar dərc edilib. Bu Doğum evi Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib və daima dövlətin qayğısı ilə əhatə olunub. Amma bu müəssisəsə haqda heç də yaxşı məlumatlar olmayıb. Mehriban Abasquliyevanın bu vəzifədə özünü doğrultmamasının bir səbəbi də onun keçmiş fəaliyyətində axtarmaq lazım gəlir ki, təəəsüf ki, bu dəfə nəticə daha ağırdır.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev 10 fevral 1966-cı ildə Qərbi Azərbaycanda Kalinino rayonu Evli kəndində anadan olub. 1983-cu ildə Bakı şəhəri 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. Həmin il N.Nərimanov adına Tibb İnstitutuna daxil olub, 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirib.
H.Mustafayev 1989-1990-cı illərdə Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında interna-həkim olaraq çalışıb.1990-cı ildə Sumqayıt şəhər 1 saylı Doğum evində həkim anestezioloq-reanimatoloq işləyib, 1995-2000-ci illərdə Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, 2001-2010-cu illərdə Respublika Doğum Evində Anesteziologiya-reanimasya şöbəsinin müdiri, 2010-cu ildən isə Respublika Perinatal Mərkəzində Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Musavat.com
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."