Seçki Müşahidə və Təhlil Qrupu ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirdi
10-01-2024 [20:19]
10 yanvar 2024-cü il tarixində, Seçki Müşahidə və Təhlil Qrupunun ofisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Oljas Akanov və Noemi Arcidiacono ilə görüş keçirilib.
Mia.az xəbər verir ki, qrupda yer almış təşkilat sədrlərinin: Rafiq İsmayılov, Mirvari Qəhrəmanlı və Osman Gündüzün də iştirak etdiyi görüşdə, Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləriylə bağlı geniş fikir mübadiləsi aparılıb. Seçki öncəsi ictimai-siyasi vəziyyət, seçki hazırlıqları, qarşıya çıxan problemlərin həlli yollarına diqqət çəkilmiş, eləcə də Seçki Müşahidə Təhlil Qrupu tərəfindən həyata keçirilən və nəzərdə tutulan işlər haqda məlumat verilib.
Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkanar seçkilərinə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilmə müddəti yanvarın 8-i saat 18:00-da başa çatıb. Bu müddət ərzində 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş, İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bununla əlaqədar koalisiya Seçki məcəlləsinin 181.1-ci maddəsinin prezidentliyə namizədliyinin qeydiyyata alınmasına dair təlibini (40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır) real vəziyyətə əsaslanmaması və potensial namizədlərin resurslarını nəzərə almaması, rəqabət imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bunu nəzərə alaraq namizədlər üçün təyin edilmiş imza toplama tələbinin asanlaşdırması məsələsi məqsədəuyğun hesab edilə bilər. Eyni zamanda apardığımız müşahidələr zamanı, kiçik istisnalar olmaqla, ölkənin heç bir bölgəsində namizədlərin imza toplama prosesinin aktivliyi nəzərə çarpmamışdır.
Əsas ifadə və media azadlıqlarının Konstitusiya ilə təmin edilməsinə baxmayaraq, 2022-ci ildə qəbul olunmuş Media Haqqında Qanunun bu sahəni hüquqi çərçivə ilə müəyyən dərəcədə məhdudlaşdırmışdır. Eyni zamanda koalisiya tərəfindən hazırda bəzi namizədlərə aid sosial şəbəkələrdə saxta profillərin yaradılması faktları açıqlanmışdır. Bundan başqa, seçkilər ərəfəsində vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi narahatlıq doğuran məqam kimi diqqəti cəlb edir. Koalisiya üzvləri QHT-lərə dair mövcud qanunvericiliyin ictimai fəaliyyəti (o cümlədən seçkilər dönəmində) məhdudlaşdıran mühüm faktorlardan olduğunu vurğuladılar. Bütün bunlar bir neçə gündən sonra start veriləcək təşviqat kampaniyasına öz mənfi təsirini göstərə biləcək faktorlar kimi qiymətləndirilir.
Bütün bunlarla yanaşı, sözügedən seçkiylə bağlı, bir sıra işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, ölkənin hər yerində müvafiq işlərə start verilib. Dairə, məntəqə nümayəndələrinin tərkibi müəyyənləşir, seçici siyahılarının yoxlanılması və dəqiqləşdirilməsi icra edilir. Prezident seçkilərində iştirakla bağlı "ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış innovativ yenilik, seçicilərə daha çevik məlumat almaq və müraciət etmək imkanı yaradıb. Belə ki, mərkəzlərdə fəaliyyət göstərən "ASAN növbə” terminallarına "Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin seçicilər qeydiyyat üzrə seçki dairə və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək imkanı da qazanacaqlar.
7 fevral tarxinə təyin edilmiş seçkilərin müşahidəsini həyata keçirmək məqsədilə Seçki Müşahidə və Təhlil Qrupu tərəfindən ölkə üzrə müşahidəçilərin qeydiyyatına başlanılıb. Müşahidəçilərin müvafiq sənədləri toplanmış, ərizələri Mərkəzi Seçki Komissiyasına təqdim edilmək üçün hazırlanmışdır. Koalisiyanın nəzərdə tutulan iş planı tərtib edilmiş, paytaxt və bölgələrdə müşahidəçilərlə təlimlərin qrafiki tərtib edilmişdir. Qrup tərəfindən mütamadi olaraq KİV-dən seçki yenilikləri izlənilir və təhlili aparılır.
Koalisiya seçki prosesinin bu və digər aspektlərinə dair daha ətraflı məlumatları əks etdirən aralıq hesabatını bir həftə ərzində dərc edəcəkdir.
Samir
MİA.AZ
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."