"Avrasiya hospital”, “New Med” klinikaları, restoran və... - Agentlik rəsmiləri "parklanmaya icazə" üçün nə qədər rüşvət tələb ediblər?
10-01-2024 [17:55]
Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi"nin Yol Hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qurumun məsləhətçisi Hikmət Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə (BNA) külli miqdarda rüşvət verilib. Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və bu şöbənin məsləhətçisi Hikmət Vəlizadə bu ittihamla həbs edilib.
İttihama görə, “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat pul istəyib, son nəticədə 5 min alınıb.
Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.
“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.
İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib - 8 min manat istənilib, amma 6 500 manat alınıb.
İttihamda yazılıb ki, Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Lakin o, pul verməyə razılaşmadığına görə BNA-dan “parklanmanın təşkilinə icazə verilmir” məktubunu alıb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar məhkəmənin hazırkı mərhələsində ətraflı ifadə vermək istəməyiblər. Vəkilləri isə deyiblər ki, təqsirləndirilən şəxslər şahidlər dindiriləndən sonra danışmaq istəyirlər. Hakimlər belə qərara gəliblər ki, növbəti iclasda şahidlərin dinlənilməsi təmin olunsun.
Proses yanvarın 30-da davam edəcək.
Qeyd edək ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də prezident İlham Əliyevin fərmanıyla Nazirlər Kabineti yanında yaradılıb.
Daha bir fərman əsasında Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Prezidentinin 19 aprel 2023-cü ildə imzaladığı növbəti fərmanla isə ümumiyyətlə ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.(APA)
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub