Abşeronda Ağdam rayon sakini saxlanılıb

img

10-01-2024 [16:36]


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az xəbər verir ki, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA