"Toyota Corolla” 13 500, “Nissan Patrol” 14 800 manat... - Dövlətə məxsis maşınlar hərracda satıldı

img

10-01-2024 [11:00]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərraca çıxarılan “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6 750 manat olsa da, son təklif 13 500 manata yüksəlib. Start qiyməti 8 000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37aiHY linki vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyərək iştirakçı statusu əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR