Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-01-2024 [00:02]
Qoç - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Buğa - əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Təxəyyülünüzdən bəhrələnin.
Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. Maraq və mövqeyinizi bölüşən insanlarla tanışlıq istisna deyil.
Əkizlər - fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında problemlərin öhdəsindən gələ biləcəksiniz. Əhvalınız pis deyil. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, aqressiv olmayın. Güzəşt gərəkdirsə, sərtliyə lüzum yoxdur.
Xərçəng - günün ilk yarısında mühüm məqamlardan birini nəzərdən qaçırmayın. Uzunmüddətli planlar üçün o qədər də əlverişli zaman deyil. Davranşınıza nəzər salın. Fəaliyyət modelini situasiyaya uyğun olaraq dəyişməlisiniz.
Günün ikinci yarısında olayları dəqiq qiymətləndirməyi bacarın. Yaxınlarınızla çoxsaylı fikir ayrılıqları və təmas problemləri yaratmayın. Vəziyyətdən çıxış yolu əlinizdədir. Acığınızı çıxmağa adam aramayın.
Şir - qəfil xəbər, mühüm informasiya planlarınızda dəyişikliklərə səbəb olacaq. Qeyri-adi insanla görüş istisna deyil. Səfərə yollanarkən yaxşı hazırlaşın. Fürsətləri dəyərləndirin.
Hüquqlarınız tapdanırsa, kimsənin qarşısından geri çəkilməyin. Günün ikinci yarısında sevdiyiniz insanın qəlbini qırmayın. Sakit, rəvan tərzdə danışın. Yeni ünsiyyət stili pis deyil. Axşam saatlarını ən yaxın insanlarla keçirin.
Qız - yeni texnologiyalar və vasitələrin öyrənilməsi, təcrübənin əxz edilməsi xeyirlidir. Mənfəət əldə edərək əlavə gəlir mənbəyinə yiyələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdəki kiçik problemlərdə paradoksal olsa da, xeyir var. Çünki maneələrlə sədləri dəf edərkən strategiyanı dəyişə bilərsiniz.
Əhvalınızın yaxşılaşdırılması və qüvvənizin bərpası üçün normal qidalanın. Rasionunuza fikir verin. Yaxınlarınızın qeydinə qalın. Adi günlərdən fərqli olaraq indi bunun üçün daha çox səbəb var.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - təxirəsalınmaz həll tələb edən maliyyə məsələlərini çözün. Problemlərin mənşəyini, səbəblərini anlamadan nə öz vəsaitinizlə, nə də başqasının pulları ilə rasional davrana bilməyəcəksiniz. Nikbin olsanız daha çox iş görə bilərsiniz. Axmaq insanların iradlarına fikir verməyin.
Günün ikinci yarısında mənəvi prinsiplərinizi madiyyata qurban verməyin. Şərəfli, amma yoxsul həyat ləyaqətsiz, lakin "normal" yaşamdan qat-qat üstündür. Pulu elə qazanın ki, sizi tanıyanlar tanışlığa peşman olmasınlar.
Əqrəb - yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq. Yaxşı bələd olmadığınız mövzularda dartışmaya qatılmayın, mübahisələr etməyin. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq.
Oxatan - günün ilk yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın. Populyar olmaq üçün naqis addım atmayın. Birmənalı dəyərləndirilə bilməyəcək sözlər söyləməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Günün ikinci yarısında yaxınlarınızın ehtiyac və tələbatlarını unudaraq istəklərinizi yerinə yetirməyə çalışmayın. Hadisələr maliyyə durumunuza, büdcənizə təsir edə bilər.
Oğlaq - günün ilk yarısında aktivliyinizi bir qədər azaldın. Maraqlandığınız işlərlə məşğul olun. Maliyyə çətinlikləri yaranarsa, planlaşdırılmış alış-verişdən imtina edə bilərsiniz. Hüquqlarınızı qoruyun.
Günün ikinci yarısında yaxınlarınız sizdən dəstək istəyəcəklər. Vaxtınızı və maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Axşam saatlarına yaxın həddən artıq ehtiyatlı olun. Travma riski istisna deyil.
Dolça - təxəyyülünüzü işə salın, problemlərin həllinə yaradıcı yanaşın. Vaxtınızı fövtə verməyin. Diqqətli olun. Səhvlərinizin fəsadları çox ağır ola bilər. Sözlərinizə fikir verin. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında kiçik detallara fikir verin. Tələblərinizin irreal təəssürat yaratmasına imkan verməyin.
Yaxınlarınızla ünsiyyətdə bəzi problemlər yarana bilər. Aqressiv və sərt davranışınız münaqişəyə səbəb olmasın. Axşam saatlarında enerji potensialınız yüksək olsun. Emosional durum yuxusuzluq yarada bilər.
Balıqlar - aldığınız hər xəbərə, eşitdiyiniz hər məlumata inanmayın. Xəbərlərin əksəriyyəti yanlış ola bilər. Üstəlik, bəzi informasiyalar inandırıcı deyil. Tamamilə yad, tanımadığınız insanların əməllərinə görə məsuliyyət daşımayın.
Günün ikinci yarısında işlərdə dönüş yaratmağa çalışın. Planlarda zəruri dəyişikliklər qaçılmazdır. Dəyər verdiyiniz insanların ehtiyaclarını nəzərə alaraq proseslərə müdaxilə edin.
Milli.Az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi