Məsciddə qan töküldü - İmam və köməkçisi bıçaqlandı (FOTO)

img

09-01-2024 [00:03]


İstanbulda Fatih məscidi İmam Qalip Usta və köməkçisi bıçaqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məscidin imamı Qalip Usta və məscid camaatının üzvlərindən olan köməkçisi Bilal Erdem namaz vaxtı səs-küy salan şəxs tərəfindən vurulub.

Məlumata görə, imam və köməkçisi onu (Ad və soyadının baş hərfləri belədir - Ö.S) sakitləşdirmək istəyərkən bıçaqlanıblar: "Hadisədən dərhal sonra şübhəli saxlanılıb. Yaralılar xəstəxanaya çatdırılıb, həyatları üçün təhlükə yoxdur".

İstanbul Valiliyi də faktı təsdiqləyib və bildirilib ki, hadisə ətraflı araşdırılır.

Tahir Şəlvəli

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR