Rus ordusu daha bir Avropa ölkəsinə girir? – Müdafiə nazirinin həyəcanlı çıxışı… (TƏHLİL)
08-01-2024 [14:08]
İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin deyib ki, “İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”.
Nazir Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk daşıdığını bildirib.
K.O.Bohlinin narahatlıq dolu açıqlaması təəccüb doğurmamalıdır. Məsələ ondadır ki, İsveçin NATO-ya üzv olması ilə bağlı intensiv müzakirələr gedir. Finlandiya ilə birlikdə NATO-ya üzvlük müraciəti edən rəsmi Stokholm Türkiyənin vetosuna görə istəyinə nail ola bilmir.
Prinsip etibarilə rəsmi Ankaranın məsələyə yanaşması obyektivdir. İsveçdə islamofobiyanın artması, PKK, YPG, PYD kimi separatçı-terrorçu qruplaşma üzvlərinin sığınacaq alması və ekstradisiya edilməməsi, habelə Ankaraya qarşı sərgilənən qərəzli mövqe Türkiyənin veto hüququndan istifadə etməsini əsaslandırır.
Bununla belə, Türkiyənin İsveçlə xüsusi problemi yoxdur. Əksinə İsveçin alyansa üzvlüyünün müsbət nəticələrini Ankara da bilir. Lakin Stokholmun mövcud problemlərlə NATO-ya üzvlüyü qəbuledilməzdir. Türkiyədən alyansın ümumi maraqlarının düşünülməsi istənilirsə, təşkilat da Ankaranın təhlükəsizlik və milli maraqlarını qorumalıdır.
Bohlinin bu cür bəyanat verməsi sadəcə ölkəsinin NATO-ya daha tez üzv edilməsi məqsədi daşıyır. Təsadüfi deyil ki, bənzər açıqlamaları alyansa üzv olmazdan əvvəl Finlandiya rəsmiləri də səsləndirirdi. Ümumiyyətlə, Rusiyanın İsveçə müharibə elan etməsi qeyri-real ssenaridir. Ukraynada faktiki olaraq ilişib qalan, itkilərlə üzləşən Rusiyanın ikinci cəbhə açması, üstəlik, növbəti hədəf kimi İsveçi seçməsi intihardan başqa bir şey deyil.
İsveç NATO üzvü olmasa da, alyansın standartlarında güclü ordu və donanmaya malikdir. Bundan başqa, çətin coğrafiyası da Rusiya ordusu üçün keçilməzdir. Ən önəmli faktor isə İsveçin postsovet ölkəsi olmamasıdır. Yəni Rusiyanın burada nüfuz edəcəyi hərbi-siyasi elita, etnik azlıq yoxdur.
Turan Rzayev
MİA.AZ
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi