Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-01-2024 [00:02]
Qoç - asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.
Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız. Alış-verişə çıxa bilərsiniz.
Buğa - daha tez, daha çox gəlir əldə etmək istəyirsinizsə, uğurlu gündür. Aktiv kommersiya fəaliyyəti yaxşı gəlir verəcək. Müttəfiqlərinizi diqqətlə seçin. Yanılmayın, ciddi səhvlər etməyin.
Günün ikinci yarısı aqressiv olmayın, güzəştlərə hazır olun. Az sonra rəhbərliyi altında çalışacağınız insanla münasibətləri rəvan edin. Sevdiyiniz insana hədiyyə edin. Kiçik problemlər sizi narahat etməsin.
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazanacaqsınız. Peşəkar fəaliyyət müstəvisində uğur qazanmaq üçün sərfəli zamandır. Karyeranızda yaxşı dəyişikliklər ola bilər.
Günün ikinci yarısında həmkarlarınızla aranızdakı çoxdankı anlaşılmazlığı aradan qaldıra bilərsiniz. Rəqiblərinizdən biri müttəfiqiniz olacaq. Romantik illüziyalara qapılmayın. Gəlirlər olacaq. Amma sərfəli sərmayə, uzun müddətdən bəri arzuladığınız bahalı əşyanı almaq şansları olmayacaq.
Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək. Alış-veriş etmək olar. Simiclik etməyin. Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
Şir - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.Axşam saatlarında gəzintiyə çıxın.
Qız - günün ilk yarısında əhvalınız işlərin gedişatından asılıdır. Bədbin olsanız, fəallığınız azalacaq, diqqətsiz davranacaqsınız. Baş verən hadisələrə emosional münasibət bəsləməyin. Özünüzü ələ alın, hisslərinizi cilovlayın.
Günün ikinci yarısında səbrli və təmkinli olun. Ailə üzvləri ilə münasibətlərdə aqressiv olmayın. Yaxınlarınızın sizə yetərincə diqqət göstərmədiklərini düşünməyin. Problemlərdən uzaqlaşmağa, işləri yarımçıq saxlamağa çalışmayın. Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.
Tərəzi - günün ilk yarısında bütün işləri çox böyük sürətlə həll etmək mümkün deyil. Yardıma və yaxşı məsləhətə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlar arasında ümumi maraq və ya birgə məqsəd zəminində tərəfdaş tapa bilərsiniz.
Günün ikinci yarısında həmfikirlərlə əməkdaşlığın perspektivlərini müzakirə edin. Sevdiyiniz insanla təmaslarda hisslər barədə danışmaq asan deyil. Sizi donuq baxışlı, buz qəlbli insan saymamalıdırlar. Yaxınlarınızın istəklərindən hali olun. Süst qalmayın.
Əqrəb - fəaliyyət göstərdiyiniz sahədəki durum günün ilk yarısında ürəkaçan deyil. Çətin problemləri həll etmək üçün iradəli və qətiyyətli olmalısınız. Bəzi işlərin sonuclarının maddi izharı istədiyiniz kimi deyil. Buna rəğmən, daxili mizanı pozmayın, qabalıq və kobudluq etməyin.
Günün ikinci yarısında müsbət təmayüllərin hadisələrə təsiri artacaq. Vəziyyət normallaşmağa başlayacaq. Möhkəm, dayanıqlı təmasları uzunmüddətli əlaqəyə və ya işbirliyinə çevirmək olar. Sevdiyiniz insanla qayğıkeş, alicənab davranın. Əhvalınız yaxşıdır. Sükan arxasında diqqəti və ehtiyatı əldən verməyin.
Oxatan - çalışdığınız işdə maddi durumunuzdan və ya rəhbərlikdən narazısınızsa, vəziyyətinizi yaxşılaşdırmaq üçün konkret addımlar ata bilərsiniz. Əlavə gəlir imkanları yaranacaq. Bilik və bacarıqlarınızı artırmaq, təcrübənizi genişləndirməyin yollarını arayın.
Günün ikinci yarısında işlər çox olsa da, yaxınlarınızla laqeyd davranmayın. Onların istək və arzularını qulaqardına vurmayın. Sevdiyiniz insan hisslərinizin təmənnasızlığına, səmimiliyinə əmin olmalıdır.
Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etmək üçün effektiv, eyni zamanda optimal variantları tapın. Təcrübənizdən yararlanın. Başladığınız işləri yarımçıq qoymayın, mühüm məsələləri ertələməyin. Yenilikliklərə diqqət yetirin.
Günün ikinci yarısında konkret ideyalar var. Amma onları həyata keçirmək asan deyil. Ailə üzvləri ilə münasibətlərdə diqqətli olun. İstənilən problemi səmimi söhbət əsnasında həll etmək olar. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Dolça - günün ilk yarısı maddi problemləri həll etmək üçün əlverişli zamandır. Dalana dirənmiş işdə irəliləyişə nail olmaq üçün iradəli, qətiyyətli olun. Planlarınızı həyata keçirmək üçün mənasız ambisiyalar və işə eqoist yanaşmadan uzaq olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Narazılıq, hətta pərişanlıq və təəssüf hissləri dayanıqlı, uzunmüddətli əlaqələrə belə zərbə vura bilər. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - birgə layihəyə başlamaq niyyətiniz varsa, fikrinizi daha əlverişli günədək təxirə salın. Tərəfdaş və müttəfiqlərlə münasibətlərdə yaranmış problemləri həll etmək, anlaşılmazlığı aradan qaldırmaq üçün durumu müzakirə edin. Emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında arzularınız istəklərinizlə ziddiyyət təşkil etməsin. Sevdiyiniz insanla münasibətlərdə soyuqqanlı və məntiqli olun. İllüziyalara aldanaraq düşünülməmiş addımlar atmayın. Niyyətinizi müəyyənləşdirmək üçün situasiyanı obyektiv dəyərləndirin. Ani xəyalları gerçək tələbat saymayın.
Milli.Az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi