Ukraynadan Samir Adıgözəlliyə orden verildi - FOTOLAR

img

07-01-2024 [18:39]


Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) bu gün Samir Adıgözəllini, “Tenqri Ulduzu” ordeni ilə təltif edib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədr müavini Sergey Hnatiyuk açıqlama verib.

Onun  sözlərinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov İSBAM sədri, Azərbaycanın İctimai-siyasi xadimi Samir Adıgözəllinin "Türk Dünyası qarşısında xidmətlərinə görə “Tenqri Ulduzu” ordeni ilə təltif olunması barədə əmri imzalayıb.

Məlumata görə, "Tengri Ulduzu" ordeni artıq Samir Adıgözəlliyə təqdim edilib.

Xatırladaq ki, 2019-cu ildə "Tengri Ulduzu" ordeni ilə professor Fərhad Turanlı, 2020-ci ildə isə Türk Dünyasının agsaqqalı Nursultan Nazarbayev təltif edilib.

Tahir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA