Ərdoğanın İmamoğluna qarşı namizədindən ilk açıqlama: "Yenidən İstanbul, indi İstanbul, sadəcə İstanbul"

img

07-01-2024 [18:02]


Prezident, AK Partiya lideri Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Murat Kurumdan ilk açıqlama gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün namizədliyinin rəsmi elanından sonra sosial media hesabından belə paylaşım edib:

"Yeni dövrdə bu gözəl şəhər, Türkiyədən sonra təcrübəsini yalnız İstanbula yönəldən bir idarəçiliyə sahib olacaq. Yenidən İstanbul, indi İstanbul, sadəcə İstanbul".

Xatırladaq ki, bələdiyyə seçkiləri bu ilin 31 mart tarixində keçiriləcək. 

Ərdoğan sabiq nazir Murat Kurumu İstanbulun CHP-li olan hazırkı bələdiyyə sədri Əkrəmimamoğluna qarşı önə verib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA