AZƏRBAYCANDA QAFQAZIN MAŞIN BAZARI (“İmkanlar və problemlər” silsiləsindən)
07-01-2024 [11:11]
Azərbaycanda siyasi hakimiyyət islahatlar yolu tutub və qarşıdan gələn Prezident seçkilərindən sonar bu prosesin sürətlənəcəyi gözlənilir. Bu gün bunu görməmək və hiss etməmək mümkün deyil. Hələlik bu islahatlar kadrların dəyişilməsi, köhnələrin getməsi, yenilərin - gənclərin gəlməsi ilə müşayət olunur. Təbii ki, gələnlər peşəkar, gözütox və vətənsevər olsalar, müsbət təcrübəni, yeni texnologiyaları Azərbaycana gətirsələr, bacarıqla tətbiq etsələr, biz tezliklə yeniliklərin, müsbət dəyişiklərin şahidi olacağıq.
Bütün bu yeniliklərdən ümidlənərək, yeni dəyişikliklər ərəfəsində məni narahat edən bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm. Bir az cavan vaxtlarımda mən bu cür məsələləri mütəmadi olaraq mətbuata çıxarırdım, düşünürdüm ki, kimsə oxuyar, bəlkə tədbir görər. Amma gec də olsa başa düşdüm ki, bizdə heç kim heç kimin kitabını oxumur, oxuyanı da yazının dadı yox, yazanın adı maraqlandırır. Yəni ki, mən milli maraq kəsb edən böyük bir problem qaldırsam da, heç kim ona əhəmiyyət verməyəcək. Amma sıradan olan bir deputat yeraltı keçiddə qarğıdalı satıb millətə ziyan vuran uşağı qovmağı tələb edərsə, “millətin qeyrətin çəkən şəxslər” dərhal ora yüyürəcək, uşağı “Linç” edəcək...
Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm - buna nə həvəsim, nə də imkanım var. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta İranın və Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s. Məsələn, kovidə qədər postsovet məkanında ən çov dəbdə olan krossover BMW X5, sedan isə Toyota Gamry idi. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəblər çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının formal olması və s...
Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 30 minə (10 min də gömrük rüsumuna gedirdi) satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olması sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuzluğundan irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Təsəvvür edin ki, gürcülər Avropada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan (qasırğalar zamanı) avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar...
Və nəhayət keçək mətləbə, məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Sadəcə olaraq, kovid dövründə müvəqqəti fasilə yaranmışdı. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva - Yerevan təyyarə biletinin qiyməti, hətta Moskva - Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı soydaşlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan Yerevana gələn rus diller cəmi 200 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək Yerevandan avtomobili Rusiyaya gətirir, burda da 200 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə iisə yalnız gömrükdən keçirmək üçün maşının qiyməti qədər rəsmi və qeyri-rəsmi rüsum tələb olunur.
Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən Yerevanın maşın bazarına İran və Orta Asiya avtomobil dilerlərinin üz tutaçağçını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazdımı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan Rusiyaya birbaşa çıxış var. Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik…
Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim gömrük rüsumları ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Üstəlik Azərbaycandan çıxan, girən, turist gətirən quru yollar da bağlıdır. Məhz bu səbəblərdəndir ki, 2023-cü ildə Ermənistana Azərbaycanda 2 dəfə çox – 3.6 milyon turist gəlib. Gürcüstanda isə bu rəqəm Ermənistandan da 2 dəfə çoxdur. Təsəvvür edirsinizmi, Azərbaycanda 2 dəfə kiçik və 10 dəfə kasıb ölkələrdə?!
Düşünürəm ki, Azərbaycanda gözlənilən islahatlar dalğası bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə quru yollar açılmalı, təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq...
Qalib ARİF
MİA.AZ
Rusiyanın döyüş təyyarəsi Finlandıiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər