MMP Qadınlar Şurasının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər

img

14-06-2014 [14:13]


Bu gün Muasir Musavat Partiyasının Qadınlar Şurasının tanınmış simalardan ibarət bir qrup üzvü 15 iyun Milli Qurtuluş Günü münasibətiilə sabiq prezident Heyder Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana gediblər.

 Fəxri Xiyabanda OŞ-nün üzvləri Ümumilli lider Heyder Əliyevin qəbrinə gül dəstələri qoyublar. Ziyarətdən partiyanın qərargahına dönən şura üzvləri kiçik bir toplantı keçiriblər. Toplantıda çıxış edən Azərbaycan Neft Akademiyasının professoru Mahirə Əliyeva, Gültəkin Əsgərovanın anası, 1992-ci illərin canlı şahidlərindən olmuş Rəfiqə xanım, Xəzər Dəniz Gəmiçilik Akademiyasının professoru Firəngiz Ələsgərova.xatirələrini bölüşüblər. Çıxış edənlər öncə bütün Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etdilər. Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan bu gün ilə bağlı geniş araşdırmalar aparıldığını , yazılar yazıldığını deyən MMP QŞ İH –nin üzvləri bunları qeyd ediblər: "Hələ uzun müddət bu mövzu araşdırılacaq və hər dəfəsində də yeni məqamlar ortaya çıxacaq. Çünki 15 iyundan məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünəcək. 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi, qardaş qanı tökülürdü. ölkə separatçılar tərəfindən faktiki olaraq bölüşdürülürdü. İki ildə 4-5 dəfə hökumət dəyişikliyi baş vermişdi. İqtisadiyyatdan danışmağa isə, məncə, dəyməz. çünki insanlar saatlarla, bəzən günlərlə çörək növbələrində gözləyirdilər. Hətta o vaxtkı dövlət rəhbərləri televiziya vasitəsilə bəyan etmişdilər ki, cəmi birgünlük taxıl ehtiyatımız qalıb. Cəbhədə durum daha pis idi. Bir sözlə, bütövlükdə Azərbaycan iflic vəziyyətdə idi. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik "yox” dedi. Bu tarix, Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı id1.5 iyunun fəlsəfəsi inkişafın təməlidir. Bu gün zərurət idi və Milli Qurtuluşumuzun qarşısını almaq, sadəcə, mümkün deyildi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA