Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-01-2024 [00:02]
Qoç - günün ilk yarısı informasiya əldə etmək və bilikləri artırmaq üçün əlverişli zamandır. Məlumatlar ilk baxışda önəmsiz təsir bağışlaya bilər - amma ilkin təəssüratlara aldanmayın. Özünüzə əmin deyilsinizsə, bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın.
Günün ikinci yarısında məsuliyyətli davranın, diqqətli və sayıq olun. İşlərinizdə uğur qazanmaq üçün qətiyyətli, iradəli davranın. Münasibətlərdə problemlərin yaranmaması üçün qaba və kobud insan təsiri bağışlamayın. Yaxınlarınızın ən elementar məsələləri anlamaqdan imtina etmələri sizi təəccübləndirə bilər.
Buğa - yalnız işlərə ciddi yanaşma olarsa, uğur əldə edəcəksiniz. Məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Gərəkli informasiyanı əldə edin. Situasiyanın istənilən formada dəyişməsinə hazır olun. Az sonra gərəyiniz olacaq biliklərə yiyələnin, təcrübə əxz edin.
Günün ikinci yarısında məqsədə doğru maksimal dərəcədə irəliləməyə çalışın. Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. Yaxınlarınızdan biri ilə münaqişə istisna deyil. Dəyər verdiyiniz insanla münasibətlərə sərinlik gətirəcək addımlar atmayın.
Əkizlər - səhər saatlarından etibarən peşəkar fəaliyyət müstəvisində arzuolunmaz situasiya yaranacaq. İşgüzar danışıqlar zamanı problemlər yarana bilər. Maliyyə məsələləri ilə bağlı anlaşılmazlıqları çözün.
Maliyyə durumunuzdan yararlanmaq istəyən insanlar var.
Günün ikinci yarısında səfərdə ehtiyatlı olun. Saatlar keçdikcə situasiya normallaşacaq. Rahat şəraitdə çalışa biləcəksiniz. Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.
Xərçəng - günün ilk yarısı informasiya və məlumatların alınması üçün əlverişlidir. İşinizdə səlis, dəqiq olun, kobud səhvlərə yol verməyin. Alış-veriş zamanı pulunuzu gərəksiz əşyalara sərf etməyin. Yalnız lazım olanları alın. Tələsik alınan əşyalarda sonradan üzə çıxaracağınız defektlər və ya qüsurlar ola bilər. Diqqətli davranın.
Günün ikinci yarısında işləri tamamlayın. Tələsik davransanız, kiçik travmalar və qüsurlar ola bilər. Gələcək işlərinizdə sizə yardım edə biləcək maraqlı insanlarla qarşılaşacaqsınız.
Şir - günün ilk yarısı çətin və mürəkkəb olacaq. Buna rəğmən işləri yarımçıq qoymayın, problemlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin. Tərifdən çox tənqid eşidəcəksiniz. Tənqidlərə sərt reaksiya verməyin.
Günün ikinci yarısında obyektiv reallıqla barışın. Şəxsi münasibətlərdəki situasiyanı məntiqlə izah etmək asan deyil. Köhnə səhvlərə, yeni yanlışlıqlara görə "hədəf"ə çevrilə bilərsiniz. Natamamlıq kompleksinə qapılmayın.
Qız - yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Yeni ideyalar formalaşacaq. Yaradıcı potensialınızın səviyyəsini artırın. İşgüzar fəallığınız hiperaktivliyə çevrilməməlidir.
Önəmli layihəyə başlamaq, mühüm sövdələşmələri müzakirə etmək üçün əlverişli zaman deyil. Alış-verişi ertələyin.
Günün ikinci yarısında dostların və yaxınların tənqidlərinə həddən artıq sərt reaksiya verməyin. Bəzi iradlardan faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı xoş olmayan xatirələr gündəmə gələcək.
Tərəzi - mühüm işləri günün ilk yarısında başa vurmağa çalışın. Saatlar keçdikcə anlaşmalar, müqavilələr, alış-veriş üçün əlverişsiz situasiya formalaşacaq. Dəvət aldığınız tədbirə qatılın. Sənədləşdirməyə başlamayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yeniliklər olacaq. Maraqlı və müxtəlif olaylar yaşanacaq. Bəzi məqamlara baxış bucağını dəyişmək zamanıdır. Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Əqrəb - səhər saatlarında sakit və rəvan şərait vurnuxma, qəfil situasiyalarla əvəzlənə bilər. Ən adi, rutin işlər sizi yoracaq. Qəbul etdiyiniz qərarlar irrasional olmasın. Söhbət əsnasında qarşı tərəfin xətrinə dəyəcək sözlər söyləməyin.
Günün ikinci yarısı məktub və ya rezümə yollamaq üçün əlverişli deyil. Köhnə incikliklərdən biri gündəmə gələcək. Sevdiyiniz insanla kobud davranaraq sonradan peşmançılıq hissinə səbəb olacaq addımlar atmayın.
Oxatan - işlərinizdə yaranan sədlərlə maneələr görünən, habelə ilk baxışdan nəzərə çarpmayan ola bilər. Xəyanətlə, sizə qarşı yönəlmiş məkrli planlarla qarşılaşa bilərsiniz. Çox yəqin ki, ötənlərdə baş vermiş hadisələrdən birinə görə sizdən qisas almaq istəyənlər var.
Günün ikinci yarısında şəxsi münasibətlər stabil olmayacaq. Unutmayın ki, ən stabil və mehriban ailələrdə belə problemlər yaşanır. Kompromisə meylli olun, çətinliyin güzəştli yolunu seçin. Ailə üzvləri ilə təmaslarda həssas olun.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla təmasların intensivliyini bir qədər azaldın. Qarşılıqlı təkliflər və fəaliyyət cəhdləri gözlənilən effekti verməyəcək. Sizi səmimi-qəlbdən dəstəkləmək istəyən dostlar belə ən xırda məsələlərə görə səbrsiz ola bilərlər. Vədləri unutmayın, anlaşmalara əməl edin.
Günün ikinci yarısında əzizlərinizdən biri barənizdə sərt danışacaq. Tənqidə sərt reaksiya verməyin, inciməyin, əhvalınızı pozmayın. Baş verənlərə sakit münasibət bəsləyin. Məntinqli və soyuqqanlı olmasanız, depressiyaya qapıla bilərsiniz.
Dolça - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Situasiyadakı çətinliklər sizi bədbin hala salmasın. Ən yaxşı bildiyiniz sahədə belə, tələskən davranaraq acı fəsadları ola biləcək səhvlərə yol verməyin. Diqqətli və sayıq olun.
Günün ikinci yarısında problemlərin həllində sərvaxt davranın.
Şəxsi münasibətlər üçün ağır dönəmdir. Harmoniyanı qorumağa çalışın. Düşünülməmiş, spontan qərarlar verməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - günün ilk yarısında yaxşı strateq olmağa çalışın. Olduqca çətin situasiyadan baş çıxarmağa can atın. İllərin sınağından çıxmış metodlardan və ya başqalarının təcrübələrindən yararlanmaq əvəzinə problemlərin həllində alternativ yollardan, fərqli variantlardan istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yardıma ehtiyacınız olarsa, kimsədən dəstək diləməyin. Əksinə, gərəkli adamı sizə yardıma sövq edin.
Axşam saatlarında tələsiklikdən, vurnuxmadan kənar duraraq sevdiyiniz insanla istirahət etməyə çalışın. Fiziki və mənəvi potensialınızın bərpaya ehtiyacı var.
Milli.Az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi