Xarici İşlər Nazirliyi İrana başsağlığı verdi: "Terrorizmdən çox əziyyət çəkən ölkə kimi..."

img

03-01-2024 [20:42]


Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin paylaşımında deyilir:   "İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR