İran XİN rəhbəri İrəvanda: “Ermənistanın Təbrizdə baş konsulluğu yanvarın əvvəlində açılacaq"

img

27-12-2023 [17:24]


"Ermənistanın Təbrizdəki baş konsulluğu 2024-cü ilin əvvəlində açıla bilər".

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirik ki, yeni ilin ilk günlərində həmkarımla mən Təbrizdə baş konsulluğu açacağıq", - Abdullahian vurğulayıb.

Nazir qeyd edib ki, İran tərəfi bu gün Ermənistanın Təbrizdə baş konsulluğunun açılmasına razılıq verib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA