Dövlət Neft Fondunun 2024-cü il büdcəsi... - Prezident İlham Əliyev təsdiqlədi

img

27-12-2023 [11:26]


Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü il büdcəsini təsdiq edib.

Mia.az xəbər verir ki, gələn il ARDNF-in büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox - 12 900,2 milyon manat olacağı gözlənilir.

2024-cü ildə ARDNF-in gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin 12 781 milyon manatını və yaxud 99,1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-in büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487,5 milyon manat qalıqdır).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA