“Vətən” Siyasi bloku bəyanat verdi

img

13-06-2014 [23:46]


Bəlli olduğu kimi, Böyük Britaniya və Şimalı İrlandiya krallığı bir neçə dövlətlərdə olan səfirliklərinə,o cümlədən, Azərbaycandakı səfirliyinə 03.06.2014 ildən etibarən eyni cinsdən olan adamların nigahının rəsmiləşdirilməsinə təlimat verib. Əfsuslar olsun ki, bu "şərəfə” nail olan ölkələr arasında Azərbaycan yeganə müsəlman dövlətdir. Acınacağlı faktdır ki, bu kimi təlimatlar Azərbaycanda rəsmilərin icazəsi olmadan baş verə bilməzdi .

İmperialist-müstəmləkəçi qüvvələrin önəmli üzvü olan, müxtəlif məmləkətləri əsirlər boyu talayıb cökdürmək üzrə "ixtisaslanmış”, İslama qarşı müntəzəm olaraq "səlib yürüşlərdə” aktiv iştirak edən Böyük Britaniyanın məhz Azərbaycanda öz səfirliyinə "Yaradan tərəfindən lənətlənmiş əməllərə” təlimat verməsi təsadufi deyil. Belə ki, Vətənimizin təbii sərvətlərini mənimsəməkdən, ərazi bütövlüyümüzü BMT-də səsvermə zamanı rəsmən tanımayıb torpaqlarımızı təcavüzkar Ermənistanin xeyirinə rəsmiləşdirməyə cəhdən sonra, artıq hədəfdə dinimiz və adət-ənənələrimizdir. Təsadufi deyil ki, Böyük Britaniyanın keçmiş xarici işlər naziri, Britaniya parlamentinin üzvü Kris Brayant bu təlimata destək verərək bəyan edib ki, "Britaniya xarici işlər nazirliyinin fəaliyyətinin bir qismi Britaniya dəyərlərinin eksportunu təşkil etməkdir”.

"Vətən” Siyasi Bloku bəyan edir ki, Böyük Britaniya dövlətinin bu qərarı digər dövlətlərin, o cümlədən Azərbaycanın mənəvi həyatına təcavüzdür və min illərlə formalaşan milli-mənəvi dəyərlərin məhv edilməsinə yönəlib. İslam dini dəyərlərini, o cümlədən ailə dəyərlərini müqəddəs hesab edən ölkələrdə, o cümlədən Azərbaycanda eynicinslilərin nigahının rəsmiləşdirilməsinə dəstək verməklə Böyük Britaniya həmin ölkələrin sosial dayanıqlılığını və cəmiyyətin tamlığını aradan qaldırmağa cəhd edir və gercək münasibətini ortaya qoyur.

"Vətən” Siyasi Bloku bəyan edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, regional təhlükəsizliyinin, davamlı iqtisadi inkişafının təhlükədə olduğu bir zamanda Azərbaycan cəmiyyətinə vətənpərvər, cəsarətli, imanlı və savadlı gənclərin olması vacibdir. Belə gənclər yalnız ailə dəyərlərinin qorunduğu cəmiyyətlərdə yetişə bilər. Eynicinslərin həyat və davranışlarının təbliğı, nigahlarının qeydiyyatı Azərbaycanda ailə institutu anlayışına ziddir və qəbul olunmazdir.

"Vətən” Siyasi Bloku xatırlatmağı lazım bilir ki, hər hansı bir xarici ölkənin səfirliyi yerləşdiyi ölkənin mənəvi qaydalarına hörmət etmək məcburiyətindədir! Əfsuslar olsun ki, nə dövlət rəsmiləri, nə "Qərb dəyərlərini” təşviq edən siyasi partiyalar, nə də Qafqaz Musəlman İdarəsi Böyük Britaniyanın bu məkirli siyasətinə öz etirazını bildirməyib.

" Vətən” Siyasi Bloku bütün siyasi quvvələri Böyük Britaniyanin bu cirkin qərarina qarşı cixmağa və Böyuk Britaniyanı bu qərarını qeri almağa cağırır.

12 .06.2014 "Vətən” Siyasi Bloku


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA