"Hafiz Hacıyev Baş Nazirin birinci müavini olsaydı, qiyam baş verməzdi"-Müsahibə

img

13-06-2014 [20:39]


- 4 iyun hadisələri zamanı Hafiz Hacıyev harda idi və onun mövqeyi necə idi?

-Həmin dövrdə mən Azərbalıq Konsernin sədri idim. Surət Hüseyinovun qiyama hazırlaşdığı barədə mənim əvvəlcədən məlumatım var idi. Bu barədə prezident Ə.Elçibəyə və həmin dövrdə baş nazir olan P.Hüseynova bu barədə məlumat verdim. Təklif etdim ki,məni baş nazirin 1-ci müavini təyin etsinlər, hansı ki ,orduya nəzarət mənə həvalə olunacaqdı, mən baş verənlərin qarşısını alım. Onlar mənimlə razılaşdılar. Lakin həmin dövr Ali Sovetin sədri olan İsa Qəmbər buna mane oldu. O özünün müdafiə naziri təklifini irəli sürmüşdü. Elə həmin vaxtlar hakimiyyətdə ikitirəliyi yaratdı. AXC-dən aralanaraq parçaladığı sosial baza ilə Müsavat Partiyasını yaratdı. Mart ayında mən Vaşinqtondan yeni qayıtmışdım. Mənim təklifim müzakirə edilərkən İ.Qəmbər etirazını bildirdi .Mən bu bacarıqsızlardan fərqli olaraq Surət Hüseynovu evindən çıxmağa qoymazdım.

-O da Surətin addımlarını qiyam hesab edirdimi?

-Əlbəttə, Surət Azərbaycanın dövlət müstəqilliyinə xəyanət etmiş bir adamdır. O zamankı Rusiyameyilli qüvvələrin əli ilə və hakimiyyət daxilində olan Elçibəyi devirmək istəyən İsa Qəmbər və Əli Kərimli ilə birləşərək qiyam hazırladılar. İsa düşünürdü ki, Elçibəyi devirəndən sonra prezident səlahiyyətlərini yerinə yetirəcək və prezidentliyini təmin edəcək. Bu planla bağlı Kərimovla saziş bağlamışdılar. Sazişə görə İ.Qəmbər prezident , Əli Kərimli isə Ali Sovetin sədri olmalı idi. Baş verənlərdən mənim xəbərim vardı. Gecə saat 2-3 radələrində Oktay Qasımovun yanında ,qonaq evində Elçibəyə xəbər verdim ki, məsələ nə yerdədir. Elçibəy cavab verdi ki, baş verəcəklərdən xəbərim var, mən elə edəcəm ki , bunların özləri ortada qalacaqlar. Qeyd edim ki, Surət Hüseynovun azadlıqda gəzməsi bu xalqa təhqirdir.

-Onu AXC iqtidarından incik salan əsas səbəblər hansılar olub?

-Həmin dövrdə Ə.Elçibəylə onun görüşünə qəsdən maneə törətdilər. Bəlkə o görüşsəydi ,məlum hadisələr baş verməyəcəkdi.Ssenari belə imiş ki, Surət Hüseynov Prezident Aparatından çıxarkən həbs edilsin.Lakin çox fərsiz bir əməliyyat təşkil edilmişdi. O həbs edilə bilmədi. Sonradan məlum oldu ki, bu əməliyyatı da İ.Qəmbər təşkil edib.Həmin vaxt MTN naziri Fəxrəddin Təhməzov idi ,İ. Qəmbərin sevimlisi Sülhəddin Əkbər isə onun müavini idi.Əməliyyat Sülhəddin Əkbərə həvalə edilibmiş. Əməliyyat fiaskoya uğradı.S urət canını qurtardı. Surət Hüseyinovu AXC-yə düşmən edən ən böyük səbəblər bunlar idi.

-Hafiz Hacıyevin proqnozları özünü doğruldur...

-Bəli mənim həyat təcrübəm proqnozlarımın özünü doğrultmasına imkan verir. Mən Heydər Əliyev MK-nin I katibi olandan müxtəlif vəzifələrdə çalışmışam, kifayət qədər təcrübə toplamışam.Lobarantlardan fərqli olaraq hər dəfə verdiyim proqnozlar düz çıxır. Aqrolizinqdə və İsmət Abbasovun kənd təsərrüfatı naziri olduğu dövrdə nazirlikdə baş verənlərlə bağlı korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıldı. Mən həmin nazirlikdə baş verənlər haqda hələ 5 il bundan öncə mətbuata məlumat vermişəm. İsmət Abbasovun qohumu, Aqrolizinqin rəhbəri Bayramovun küllü miqdarda dövlət büdcəsini mənimsəməsi haqda onun həbsindən xeyli öncə mətbuata məlumat vermişəm. İsmət Abbasov və onun əsabələri hər an dövlətə xəyanət etməyə çalışırlar. Bunu mən faktlarıma əsaslanıb deyirəm. Dövlətin büdcəsini talamaq cinayətdir. Hesab edirəm ki,Bayramov öz layiqli cəzasını alacaq.

-Daha hansı məmuru bu cür aqibət gözləyir?

-Əgər ölkədə real yoxlamalar aparılsa, bir sıra səhimdar cəmiyyətlərin və dövlət komitələrinin bu cür cinayətlərinin üstü açılar.

-Nazirlər Kabinetinin tərkibindəki yaşlıları niyə gənc kadrlarla əvəz etmirlər? Bəlkə bir dostu kimi Hafiz Hacıyev prezidentə səslənə ki, onlara əl gəzdirə?

-Mənim dostum və əziz qardaşım İlham Əliyev ölkədə gedən proseslərdən xəbərdardır. Lazımı anda özü onların öhdəsindən gələcək. Mən qardaşımın gücünə bələdəm.

-Harınlamış məmur balalarını tənbeh etmək və dədələrinə dövlətin sərt üzünü göstərmək üçün Hafiz Hacıyev nə təklif edərdi?

- Mən təklif edirəm ki,ölkə rəhbərliyi məmur balaları və valideyinləri haqda verilən məlumatı düzgün yoxlasınlar və bu tədbirlər davamlı olsun.Xalqı qıcıqlandıran hərəkətlərə yol verən məmur və məmur balaları cəzalandırılsın.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA