Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək
27-12-2023 [09:47]
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 30 dekabr 2023-cü il şənbə və 2024-cü ilin 7 yanvar tarixi bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metrosunda qatarların hərəkəti payız-qış qrafikinin iş günlərinə uyğun tənzimlənəcək. “28 May-Həzi Aslanov” sahəsində gur saatlarda qatarlar arasında 2 dəqiqəlik interval olacaq. Metropolitendə gur saatlar səhər saat 07:00-dan 10:00-a, axşam saatlarında isə 17:30-dan 19:30-a qədərdir.
Dekabrın 31-i və 2024-cü il yanvarın 1-i “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2.5 dəqiqəlik intervalla nizamlanacaq. Lakin şəhər mərkəzinə bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlər nəzərə alınaraq, ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmin məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.
Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
2024-cü il yanvarın 2-dən 6-na qədər “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək. Ancaq sərnişin axınının istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, 30 dekabr-7 yanvar iş günləri, 31 dekabr-1 yanvar şənbə günləri və 2-6 yanvar tarixlərində bazar günlərinin hərəkət cədvəlindən istifadə etsinlər.
Yeni ilin gəlişinin yüksək ovqatla qeyd edilməsi və bayram günlərində bütün sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadə etməsi üçün “Bakı Metropoliteni” neqativ hallara yol verilməməsi, istifadə qaydalarına və ictimai asayişin tələblərinə, həmçinin sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edib.
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi