Vəkil: "Niyə Səttar Möhbalıyevi kənarda saxlayıblar?" - Məhkəmə prosesi
26-12-2023 [16:38]
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.
Dekabrın 25-də keçirilən prosesdə Nadir Əliyev sərbəst ifadə verib.
O bildirib ki, 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri vəzifəsində işləyib.
Nadir Əliyevin iddialarına görə, baş verənlərdə onun hər hansı təqsiri yoxdur. O, bütün məsuliyyəti Alik Həsənovun üzərinə atıb.
Nadir Əliyev deyib ki, Alik Həsənov bu əməllərinə görə işdən də çıxarılıb.
Lakin vəkillərin suallarından aydın olub ki, Nadir Əliyev ibtidai istintaqa fərqli ifadə verib.
O, ifadəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını hallandırıb.
Nadir Əliyev məhkəmədə iddia edib ki, ibtidai istintaqa bu cür ifadə verməsi zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılovun və öz vəkilinin ona təsir göstərməsi nəticəsində olub.
“Mənə dedilər ki, səni 10 ildən çox “iş” gözləyir. Ona görə də rəhbərliyin adını çəkməlisən. Amma bu işlərin ona heç bir aidiyyatı yoxdur. Əksinə, mən bu barədə rəhbərliyə məlumat verdikdən sonra Alik Həsənov işdən çıxarılıb”, – deyə Nadir Əliyev bildirib.
Zərərçəkənlər isə Nadir Əliyev doğru danışmadığını bildiriblər. Çünki o, zərərçəkənlərə də sənədlərin rəhbərliyə təqdim olunduğunu və sənədləşmə işlərinin getdiyini bildirib.
Bundan başqa, Aslan İsmayılov ona bu işin fiqurantlarından olan Əfqan adında biri barədə sual ünvanlayıb. Vəkilin sualın aydın olub ki, həmin şəxs də eyni qaydada aldadılıb. Lakin sonradan Nadir Əliyev ona dəymiş zərəri ödəyib.
Aslan İsmayılov bu barədə məhkəməyə verdiyi açıqlamada bildirib ki, Nadir Əliyev indi istintaqa verdiyi izahatlarından imtina etməsinə baxmayaraq əvvəllərdə belə işlərlə məşğul olub və sübut üçün Əfqan adında şəxslə onun arasında baş verən münaqişə haqqında sual verib.
Nadir Əliyev isə bu barədə danışmaq istəməyib və sualdan yayınıb.
Ümumiyyətlə, Nadir Əliyev özü barədə olan bütün ittihamları rədd edib. Baxmayaraq ki, bir neçə zərərçəkən onunla görüşdüyünü və statdion satışı ilə bağlı məsələləri müzakirə etdiyini bildirib.
Alik Həsənovun vəkili isə Nadir Əliyevin bu işlərdə rolu olduğunu sübut edən səs yazısının olduğunu bildirib.
Vəkil həmin səs yazısının dinlənilməsi barədə vəsatət qaldırıb.
Hakim Nadir Əliyevin ibtidai istintaqa verdiyi ifadənin elan olunmadığını əsas gətirərək vəsatəti baxılmamış saxlayıb. Fərid Namazov bildirib ki, növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra bu məsələyə baxıla bilər.
Bundan sonra proses növbəti ilin yanvarın 8-nə təxirə salınıb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Bir qədər əvvəl Azadliq Radisosu bu məsələ ilə bağlı məqalə dərc etmişdi və orda belə bir başlıq var idi.
“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb?”.
Zərərçəkənlərdən Elçin Rüstəmovun vəkili Aslan İsmayılov məhkəmədə vəsatət qaldırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, təqsirləndirilən Əliyev ifadəsində zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu aparıb Konfederasiyanın rəhbəri Möhbalıyevə verdiyini etiraf edib. Lakin prokurorluq istintaq dövründə bu məsələnin üstündən keçib, araşdırma aparmayıb.
“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb, bir dəfə də çağırıb dindirməyib? Bu işlərin başında dayanan Səttar Möhbalıyevdir. Bu gün yenə kənarda qalsa, artıq bu ölkədə hüququn olduğuna inanmayacağam. Necə olur, 5 faiz alanlar müttəhimlər kürsüsündədir, Səttar Möhbalıyev isə Milli Məclis kürsüsündə?”, – vəkil İsmayılov belə deyib.
Vəkil Aslan İsmayılov yenidən bu məsələnin üstünə qayıdaraq Nadir Əliyevin istintaqa verdiyi izahatdan niyə imtina etdiyinə belə aydınlıq gətirdi: ”Nadir Əliyev əvvəllər məhkəməyə xəstəhallı gəlirdi. İndi maşallah gümrahdır. Heç elə bil xəstə olmayıb. Və bundan başqa verdiyi izahatlardan da imtina edərək Səttar Möhbalıyevin bu məsələyə dəxli olmadığını deyir. Çünki artıq "Həmkarlar"da seçki keçirilib və Səttar Möhbalıyev seçilib. Deməli, Nadir Əliyevə onu qurtaracağına söz verib. Ona görədə Nadir Əliyev sağlamlaşıb və keçmiş izahatlarından imtina edir.”(Azinforum.az)
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi