DSMF və İSF-nin gələnilki büdcələri təsdiqlənib

img

26-12-2023 [12:22]


Prezident İlham Əliyev Milli Məclisin dekabrın 5-də qəbul etdiyi “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.

Mia.az xəbər verir ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək.

2024-cü ildə işsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA