"Əskişəhərspor" baş məşqçini istefaya göndərib

img

26-12-2023 [09:05]


Vaxtilə Türkiyə superliqasında fırtına əsdirən, indisə Regional Həvəskarlar Liqasının 6-cı qrupunda mübarizə aparan "Əskişəhərspor"un məşqçisi İbrahim Baş istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Klub ona xidmət və səylərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Lakin istefanın səbəbi açıqlanmayıb.

Qeyd edək ki, "Əskişəhərspor" kçeirdiyi 11 oyunda 8 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə 25 xal qazanaraq, lider kürsüsündə oturub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub