“Mançester Yunayted” klubunun 25 faizi satılıb - 1.25 milyarda

img

25-12-2023 [00:12]


İngiltərə Premyer Liqasının köklü komandalarından olan "Mançester Yunayted" klubunun 25 faiz səhm paketi satılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub səhmlərinin 25 faizi məşhur ingilis biznesmen Cim Ratkliff tərəfindən alınıb.

Məlumata görə, o, 25 faizlik səhm paketinə 1,25 milyard funt-sterlinq ödəyib: "Bundan əlavə, neft-kimya şirkəti olan "INEOS"un qurucusu, 71 yaşlı Ratkliff klubun futbolçu alqı-satqsında söz saibi olmaqla bərabər, "Old Trafford" stadionuna 236 milyon funt sterlinq sərmayə yatıracaq".

Xatırladaq ki, 2005-ci ildə ABŞ Qleyzer ailəsi klubu 790 milyon funta satın alıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq