Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-12-2023 [00:01]
Qoç - günün ilk yarısı qısamüddətli işlər üçün pis deyil. Enerjiniz çoxdur. Qətiyyətli və iradəli olun. Şəxsi maraqlarınızı ön plana yıxararaq tərəfdaş və ya müttəfiqlərin mənafelərini unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır.
Günün ikinci yarısında çağdaş texnologiyalardan istifadə edərək uğur əldə edə bilərsiniz. Nikbin olsanız, ailədə də xoş ortam yaranacaq. Qərarları təkbaşına verməyin. Sevdiyiniz insanla durumu müzakirə edin.
Buğa - enerji potensialınızın səviyyəsi yüksəkdir. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız və perspektivsiz işlərə sərf etməmək üçün prqamat olun. Texnika və avtomobilin təmiri, fiziki təmrinlər üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Axşam saatları romantika vəd edir. Dostlarla ünsiyyətdə səmimi olun, səbəbsiz iradları səsləndirməyin.
Əkizlər - rəqabət ruhu günün leytmotividir. Aktivliyiniz yüksək olmalıdır. Rəqibləri üstələmək üçün bütün vasitələrdən istifadə edin. Seçilmiş taktikanın səhilhliyinə əmin olmadan hərəkət etməyin.
Günün ikinci yarısında bütün cəbhə boyu hücumlar ola bilər. Müdafiəyə hazırlaşın. Qəfil situasiya yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Yaranmış vəziyyətdə kompromis tapmaq asan deyil. Durumu dəqiq qiymətləndirin, tələsik qərar verməyin.
Xərçəng - günün ilk yarısında çətin işə hazırsınızsa, uğur sizin olacaq. Sürətli reaksiyanızı nümayiş etdirin. Problemlərin həllinə yaradıcı yanaşın, qeyri-ordinar çözüm yollarını tapın. Aktivliyinizdən və enerjinizdən yararlanaraq həllini çoxdan bəri təxirə saldığınız məsələləri səhmanlamağa başlayın. Günün ikinci yarısında süst olmayın. Kiçik maneələr və zəif sədlər sizi qorxutmasın. Ailədə bir-birinizi anlamağınız və eşitməyiniz çətinləşəcək. Bu səbəbdən də nevroz durum, inciklik formalaşa bilər. Dəyər verdiyiniz insana yetərincə vaxt ayırın. Axşam saatlarında normal istirahət edin.
Şir - düşünülməmiş addımlar atmayın. Riskin də həddi var. Başladığınız, amma bitirmədiyiniz işləri tamamlayın. Yeni işlərə tələsməyin. Həmfikir, tərəfdaş və ya müttəfiqi asanlıqla tapa bilərsiniz. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə emosionallığa qapılmayın. Təmaslarda yenilik etmək üçün sevdiyiniz insanı nəyəsə məcbur etməyin. Subaysınızsa, ətrafınıza diqqətlə baxın.
Qız - təmir və rekonstruksiya üçün yaxşı zamandır. Evdə kiçik təmirə başlamaq olar. Fəqət genişmiqyaslı yeniliklərə start verməyin. Yaşam yerinin dəyişdirilməsi üçün ilk addımı atın. Biznes layihələrində uğur olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət irəliləyişə nail olmaq üçün şanslardan yararlanın. Sevdiyiniz insanla təmaslarda konkretlik gərəkdir. Təsadüfi tanışlıqlara bel bağlamayın. Belə ünsiyyətin perspektivi yoxdur.
Tərəzi - yeni müttəfiq və tərəfdaş aramaq olar. Biliklərinizi artırın, yenilikləri əxz edin. Sərmayə, yeni layihə və iri miqyaslı məsələnin həlli üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə çətinlikləri ilə qarşılaşa bilərsiniz. Günün ikinci yarısında internetdə informasiya axtarışları yaxşı nəticə verəcək.
Axşam saatlarını kompüter arxasında keçirməyin. Gəzintiyə çıxın. Dəyər verdiyiniz insanla münasibətlərdə qəfil kobudluqla qarşılaşa bilərsiniz.
Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayıb əzmkar olsanız, əlavə gəlir mənbəyi ilə qarşılaşacaqsınız. Hesablaşmalarda diqqətli, sənədləşdirmədə sayıq olun. Tələsik qərarlar verməyin. Sonucları və potensial fəsadları əvvəlcədən proqnozlaşdırmağa çalışın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Münasibətləri aydınlaşdırmağa çalışaraq vəziyyəti daha da gərginləşdirməyin. "Sürüşkən" mövzulardan uzaq durun. Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Normal istirahətə ehtiyacınız var.
Oxatan - az danışıb çox iş görün. Belədə planlarınızı reallaşdırmaq üçün əlavə gəlir mənbələrinə yiyələnəcəksiniz. Amma irəliləyəcəyiniz yolu müəyyənləşdirərkən tələsik qərar verməyin. Səhv etməyin.
Günün ikinci yarısı hakimiyyət mənsubları və məmurlarla ünsiyyət üçün əlverişli deyil. Yaxınlarınızla bağlı önəmli qərarı təkbaşına qəbul etməli olacaqsınız. Axşam saatlarında sirlərinizi heç kimlə bölüşməyin.
Oğlaq - günün ilk yarısında yeni tanışlıqlar istisna deyil. Problemlərinizi həll etmək üçün fəal olun. İndiyədək sınamadığınız metodlardan yararlana bilərsiniz. Yeni məlumat və ya informasiya əldə edin. Çoxdan aradığınız xəbəri günün ikinci yarısında alacaqsınız. Kommunikasiya vasitələrindən, internetdən aktiv istifadə edin. Sizin üçün səciyyəvi olmayan təmas metodunu seçərək maraqlandığınız insanla əlaqə qurun. Sevdiyiniz insanla münasibətləri təftiş etməyin.
Dolça - daha yaxşı işlərin öhdəsindən gələ biləcəyinizi sübut edin. Potensialınızı göstərin. Problemlərin həllində qeyri-standart metodları seçin. Uzunmüddətli perspektivə hesablanmış işlərə başlamayın. Layihələri diqqətlə saf-çürük edin.
Günün ikinci yarısında sənəd, arayış üçün müxtəlif instansiyalara müraciət etmək məcburiyyətində qalacaqsınız. Dostlar və həmfikirlərlə görüş yaxşı nəticə verəcək. Görüşü neytral ərazidə keçirin. Münasibətlərin ciddiləşməsini istəyirsinizsə, ünsiyyət çevrənizi genişləndirin.
Balıqlar - tələsik qərarlar ağır səhvlərə və hesablamalarda yanlışlığa səbəb ola bilər. Mühüm işləri təxirə salın. Rutin məsələlərin çözümünə vaxt ayırın. Söz və hərəkətlərinizə ciddi fikir verərək təkbaşına çalışın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və ya şəriklərlə danışıqlarda güzəştlərə nail ola bilməyəcəksiniz. Ailə qayğıları və məişət problemlərinin öhdəsindən gəlin. Sınmış, sıradan çıxmış vasitəni və ya əşyanı təmir edin. Axşam saatlarını sevdiyiniz insanla romantik ortamda keçirin. Amma evdən çox uzaqlara yollanmayın.
Milli.Az
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib