İşsizliyə görə müavinət... - Qanun dəyişir

img

22-12-2023 [11:50]


Milli Məclis işsizliyə görə müavinət üçün sığorta stajının müddətinin azaldılmasını təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Əvvəllər isə bu müddət 30 ay idi.

Qanuna dəyişikliklər səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA