Hikmət Hacıyev: "BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki..."

img

22-12-2023 [11:11]


"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması beynəlxalq ictimaiyyətlə paylaşılacaq unikal təcrübədir".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məskəni tamamilə məhv edilib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq.

"BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstək göstərirlər", - deyə şöbə müdiri qeyd edib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA