Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-12-2023 [00:03]
Qoç - günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər, layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil.
Günün ikinci yarısında ürək-damar sistemində fəsadları olanların halı pisləşə bilər. Şəxsi münasibətlərdə stabillik pozulacaq. Yaxınlarınızdan birini sakitləşdirməli olacaqsınız. Axşam saatlarını sakit şəraitdə keçirin.
Buğa - əhvalınız sürətlə dəyişəcək. Uzun müddətdən bəri birlikdə çalışdığınız tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Səbəb şəxsi maraqlardır. Səhhətinizə fikir verin. Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında tanışlarınızdan birinin avantür ideyasının irrasionallığını anlamağa çalışın. Amma ideya müəllifini dərhal sərt tənqid etməyin, onun absurd təklifini müzakirəyə çıxarmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Əkizlər - günün ilk yarısında xoşagəlməz hadisələr yaşana bilər. Bu olaylara layiq olduqlarından artıq önəm verməyin. Saatlar keçdikcə olaylar bir-birlərini əvəzləyəcək. Bundan sonrakı yaşamınıza müəyyən təsir edə biləcək insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında hiyləgər rəqiblə üzləşmək ehtimalınız var. Amma narahat olmayın: nüfuzlu hami və yaxın dost sizə yardımlar edəcəklər.
Yaxınlarınızla, xüsusilə də ailə üzvlərinizlə münasibətlərinizdə səmimi olun. Axşam saatlarında romantik görüş istisna deyil. Etirafları ertələyin.
Xərçəng - günün ilk yarısında yaşanacaq olaylardan biri tərəfdaş və ya yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizdə son vaxtlar müşahidə edilən problemlərin səbəblərini faş edəcək. Düşünülməmiş sözlər deməyin, tələsik hərəkətlər etməyin. Yeni münaqişənin səbəbkarına çevrilməyin.
Günün ikinci yarısında kiçik hadisələr və mənasız işlər münasibətlərinizi korlaya bilər. Dəyər verdiyiniz insanın qeyri-adekvat davranışı gərginlik yaratmasın. Fəqət bəzilərinin əməlləri sarsaqlıq təsiri bağışlasa da, emosionallıq etməyin.
Şir - günün ilk yarısında emosiyalarınıza hakim olun. Ən sadə, hətta neytral situasiyalarda aqressiv və ya sərt olmayın. Asılı olduğunuz insanla qaba davranmayın. İmkan varsa, uzunmüddətli səfəri təxirə salın. Yolda çox vaxt keçirməyin.
Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Yaxınlarınızla danışıqlarda amiranə tərzdə ünsiyyət qurmayın. Sərtliyə əl atmayın. İnciklik və kobudluq yalnız çox pis fəsadlar yarada bilər. Axşam saatlarında normal istirahət edin.
Qız - günün ilk yarısında maliyyə əməliyyatları aparmayın. Pulunuzla risk etməyin. Əks təqdirdə ciddi maliyyə itkiləri verə bilərsiniz. Daşınmaz əmlakla bağlı anlaşma və ya müqavilənin müzakirəsini ertələyin.
Günün ikinci yarısında situasiyaya təsir etmək çətinləşəcək. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalşımayın. Münaqişəli vəziyyətdə diqqətli davranın. Yaxınlarınızla təmaslarda bədbin davranmayın. Qısqanclıq və ya şübhəyə heç bir səbəb yoxdur. Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi çox aşağı düşəcək.
Tərəzi - günün ilk yarısına mühüm işləri planlaşdırıbsınızsa, neqativ emosiyalara qapılmayın. Nikbin olun, fəaliyyət sahənizdə irəliləməyə çalışın. Kommersiya tərəfdaşlarınızdan biri və ya həmkarınızla təmaslarda gərginlik yarana bilər. Texniki avadanlıqla ehtiyatlı davranın. Günün ikinci yarısında sənədləşdirmədə sayıq olun. Biliklərinizi artırın, gərəkli informasiyanı arayın. Axşam saatlarında şəraiti dəyişmək olar. Sevdiyiniz insanla rahat ortamda istirahət edin. Münasibətlərə dəyər verin.
Əqrəb - günün ilk yarısı məmurlar və ya dövlət orqanlarının mənsubları ilə ünsiyyət üçün əlverişli zaman deyil. Bədbinliyə qapılmayın. Əhvalınız yaxın ətrafınızdakı insanlarla münasibətlərə təsir edəcək. Heç bir əsas olmadan etibarlı tərəfdaşınızdan şübhələnməyin.
Günün ikinci yarısında aktiv olun. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanla və yaxınlarınızla mübahisə etməyin. Münaqişə yaratmayın. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi aqressiv davranışa səbəb olmasın.
Oxatan - maddi rifaha və pula həris olmayın. Sadə, təvazökar davransanız, daha ciddi uğurlar əldə edə bilərsiniz. İnkişafın perspektivlərindən bədgüman olmayın. Bu və digər hadisələrin gerçək mənasını, məğzini və səbəblərini anlamağa çalışın.
Yaxın perspektivlə bağlı planlarınızı günün ikinci yarısında yaxınlarınızla müzakirə edin. Nəzərdən qaçırdığınız mühüm detallardan biri üzə çıxacaq, mübahisə və ya dartışmalara səbəb olacaq. Münasibətlərin ayırd edilməsi prosesinə yaxınlarınızı qatmayın.
Oğlaq - günün ilk yarısında şəxsi mənafeyi absolyuta çevirməyin. Təşəbbüskar olun, rəqiblərin sizi qabaqlamasına imkan verməyin. Mübahisələrlə münaqişələrdən uzaq durun. Qarşıdurma vəziyyətində ortaq məxrəc tapmağa can atın. Günün ikinci yarısında işdə rəhbərliklə görüşməyə can atmayın. Mühüm anlaşma və ya önəmli sövdələşmə zamanı deyil.
Yaxınlarınızla təmaslarda gözləmə mövqeyi tutmaqda xeyir var. Dəyər verdiyiniz insanları nə qədər az tənqid etsəniz, irad bildirsəniz, mühit bir o qədər yaxşı olacaq. Axşam saatlarında köhnə inciklikləri gündəmə gətirməyin.
Dolça - ən kiçik məsləhət və ya nəzakətli iraddan inciməyin. Hamının sizə qarşı olduğunu düşünməyin. Ətrafınızda baş verənləri ürəyinizə salmayın. Münasibətlərin aydınlaşdırılmasına başlamayın. Münaqişələrə yol verməyin.
Günün ikinci yarısında maliyyə əməliyyatında sayıq və diqqətli olun. Yaxınlarınızdan belə, şübhələnməyin. Müstəqil işləsəniz, bir qədər tək qalsanız, yaxşıdır. Amma evdən çox uzaqlaşmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında hadisələrin axarını, baş verən olayları obyektiv dəyərləndirin. Hər hadisənin arxasında məkrli rejissorun durduğunu düşünməyin. Bununla belə, sayıqlığı əldən verməyin. Rəqiblərin hazırladığı tora düşməyin.
Günün ikinci yarısında mühüm işi ertələyin. Saatlar keçdikcə bədbinləşmək əvəzinə, yaşamın pozitiv yönlərini qiymətləndirərək əhvalınızı yaxşılaşdırın. Yaxşı bələd olmadığınız insanlarla ünsiyyətdə etiraflara varmayın.
Sevdiyiniz insanla qayğıkeş, səmimi davranın. Mövqeyinizi ailə üzvlərinə sübut edərək haqlı olduğunuzu göstərməyə çalışmayın.
Milli.Az
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib