TürkPA-nın Bakı Bəyannaməsi qəbul edilib

img

13-06-2014 [14:01]


Türkdilli ölkələrin PArlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bəyannamə qəbul ediblər.

 

APA-nın məlumatına görə, Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli DÖvlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir.

 

Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir. Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.


TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.


Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA