Dövlət Agentliyi autizmli uşağın sənədlərini niyə ötür-ötürə salıb? - Əməkdar jurnalist ölkə rəhbərliyinə müraciət hazırlayır
20-12-2023 [19:58]
“Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi autizm sindromlu oğluma əlillik dərəcəsi vermir”.
Mia.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə Əməkdar jurnalist Nardar Bayramlı sosial media hesabında yazıb.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən, keçmiş TSEK kimi tanınan qurumdan insanlar daim şikayət edirlər.
Əməkdar jurnalistin iddiasına görə, bu şikayətlər əsasən əlillik dərəcəsinin verilməməsi ilə bağlı olur: “Əlbəttə, kimlərinsə saxta əlillik dərəcəsi almaq istəyi yolverilməzdir. Belə halların qarşısının alınması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bununla yanaşı, insanlara haqqı olan əlillik dərəcəsinin verilməsindən imtina olunması da qəbuledilməzdir. Hazırda biz belə problemlə üz-üzəyik. Oğlum Tunar autizm sindromlu uşaqdır. Bilirsiniz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqlara, o cümlədən autizm sindromlu uşaqlara necə qayğı göstərir, mütəmadi olaraq belə uşaqlarla görüşür. Bu sindorumun yüngül, orta və ağır formaları da var. Tunar autizmin “kanner”indəndir. İllər öncə mütəxəssislər bu diaqnozu uşağa qoyublar. Əvvəlki qanunlara əsasən, problemi olan 18 yaşa qədər uşaqlara “sağlamlıq imkanları məhdud olan uşaqlar” kimi eyni məbləğdə pensiya verilirdi. Yəni 18 yaşına qədər 1-ci, 2-ci və 3-cü qrup əlillik meyarı yox idi. Amma yeni qanunvericiliyə əsasən, 18 yaşa qədər də 1,2 və 3-cü dərəcə əlillik verilməlidir. Bizim uşaq da 2-ci dərəcəyə tam uyğun gəlir”.
Jurnalist N.Bayramlı bildirib ki, bu il iyun ayında oğlu Tunarı əlillik və pensiya üçün təkrar 2 saylı Psixatriya Xəstəxanasında tibbi komisiyada müayinədən keçirib: “Bu prosedur 3 ildən bir təkrarlanır. Lakin bu dəfə TSEK tərəfindən haqsız yerə ona 3-cü dərəcə əlillik təyin olundu. Etiraz etdik. Dedilər ki, gedin yenidən komissiyadan keçin. 2-ci dərəcə əlilliyin verilməməsinə səbəb kimi uşağın tibbi komissiya tərəfindən intellekt səviyyəsinin (İQ) yuxarı yazılması (səhv etmirəmsə 51 faiz yazılmışdı) göstərildi. Bununla razılaşmadıq və 2 saylı Psixatriya xəstəxanasına yenidən müayinə üçün getdik və uşağı düzgün müayinə etməyi tələb etdik. Bu, dəfə daha ciddi yanaşdılar və komissiyanın rəyinə Tunarın intellekt səviyyəsi 48 yazılıb. Yəni artıq 2-ci dərəcə əlillik verilməməsi üçün heç bir səbəb qalmayıb. Yenə də bu qurumdan imtina gəldi. Bunun səbəbini öyrənmək üçün qurumun mətbuat katibi, həmkarımız Tural Qurbanovla əlaqə saxladım. O da öyrənib cavab verdi ki, 2 saylı xəstəxana elektron imzanı düzgün vurmayıb, ona görə də sənəd qurumun sisteminə oturmayıb (sənədlər 2 saylı xəstəxanadan TSEK-ə onlayn formada göndərilir).
Yenidən xəstəxanaya gedib elektron imza məsələsini həll etdik. Amma sən saydığını say, gör TSEK nə sayır. Yenə də, imtina gəldi. Bu dəfə niyə? Səbəb yenə də, hansısa bəhanə oldu. Dedilər ki, guya uşaq xəstəxanada lazımi qədər yatmayıb. Etiraz etdik, Əlillərin Bərpa Mərkəzinə əyani müayinəyə apardıq uşağı. Tunarı əyani müayinə edən həkim problemin ciddiliyini gördü. Amma bundan bir neçə gün sonra yenə imtina gəldi. Səbəb bu göstərildi ki, Tibbi Komissiya Tunarın intellekt səviyyəsini 51-dən 48-ə salmasının səbəblərini göstərməyib. Sual olunur, əgər bu göstərilməli idisə, niyə bizə əvvəldən demirdiniz ki, sənədlərdə bu məsələlər əksini tapmalıdır? 2 saylı Psixatriya xəstəxanasında da çarəsiz qalıblar ki, bundan artıq nə edə bilərik. 51-i yazan həkim yanlışlığa yol verib. Sonradan bu yanlışlıq düzəldilib”.
Əməkdar jurnalist qeyd edib ki, iyun ayından indiyə qədər TSEK deyilən qurumun ucbatından xəstə oğlunu ora-bura aparmaq məcburiyyətində qalıb: “Oğluma haqqı olan 2-ci dərəcədə əlillik verilmir. Onsuz da bu uşaq həyatın şirinliyini dada bilmir. Autizmli uşaqların hansı vəziyyətdə olduğunu bu həyatı yaşayan insanlar, onların valideynləri yaxşı bilirlər. 2 yaş 4 aylığından Tunarı psixoloqlara aparırıq reabilitasiya üçün. Əvvəllər nitqi yox idi, göz kontaktı yox idi. Şükür, reabilitasiyadan sonra tək-tək sözlər deyir, çağıranda baxır. Amma problem ondadır ki, o yalnız bildiyi sözləri əzbərləyib. Onun dərk etməsi çox aşağıdır. Məsələn, marketə gedib 1 manat versəm ki, “1 çörək al”, bunu başa düşməyəcək. Yəni sadə bir şeyi edə bimir. O, özünü idarə edə bilmir. Küçənin ortasına qoysan, hara gedəcəyini, nə edəcəyini bimir. Çünki dərk edə bilmir. Reabilitasiya nəticəsində 1-dən 10-a qədər saya bilirsə, bu, onun zəka səviyyəsinin yuxarı olması deyil. Çox çalışdım ki, onu inklüziv təhsilə yerləşdirə bilək ki, normal uşaqlarla bir yerdə olsun. Amma qəbul olunmadı. Səbəb kimi intellekt səviyyəsinin aşağı olduğu, davranışının pis olduğu göstərildi. Ona görə də, xüsusi məktəbə qəbul etdilər (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəb)”.
Jurnalist N.Bayramlı bildirib ki, oğlunun üzləşdiyi problem həllini tapmasa Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya ictimai qaydada müraciət edəcək: “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, bu uşağın haqqı olan əlillik dərəcəsini niyə vermirsiniz? Bunu etməklə nə qazanırsınız? Axı onun günahı nədir? Onsuz da həyatı alt-üstdür. Onun pensiyası ehtiyaclarına xərclənir. Bugünlərdə uşağı yenə də 2 saylı Psixatriya xəstəxanasında professor Bilal həkimin iştirakı ilə Tibbi Komissiyadan növbəti dəfə keçirdik. Bu gün telefonuma sms gəldi ki, Bayramlı Tunar Nardar oğlunun əlillik məsələsi ilə bağlı göndəriş ƏƏSMN-nin elektron informasiya sisteminin əlillik alt sisteminə oturulmuşdur. Əgər bu dəfə də, TSEK-dən imtina gəlsə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya ictimai qaydada müraciət edəcəm. Eyni zamanda, jurnalist həmkarlarıma müraciət edəcəm ki, onların iştirakı ilə mütəxəssislər Tunarı əyani müayinədən keçirsinlər. O zaman hər kəs uşağın hansı vəziyyətdə olduğunu əyani olaraq görəcək”.
Vüqar MƏMMƏDOV
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Xəzər dənizində zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Donald Tramp Zelenski ilə zəngləşib - Uzun müzakirə aparılıb
Azərbaycan nefti bahalaşıb
Tovuz rayonunda zəlzələ olub
Goranboyda əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb
DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)
Tramp Rusiya ilə ərazi mübadiləsini mümkün saydı: "Ukraynaya zəmanət verilə bilər, ancaq..."
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub - SİYAHI
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş" klubu Taylan Bulutu İstanbula dəvət edib
Qəzzada daha 18 mülki şəxs öldürülüb
Qod Nisanov oğluna toy edir
Ağdərənin Vəngli kəndinə də ilk köç olub - 22 ailə yerləşdirildi
"Leyptsiq" Romulonu transfer edib
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Nazım Hikmətə aid arxiv sənədi yayılıb - FOTO
Balıkəsirdə yenə zəlzələ oldu - 4,3 bal gücündə
Lavrov Alyaskada: "Trampla görüşün uğursuzluq ehtimalı..."
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İsmayıllı rayonunda çətənə kolu yetişdirən şəxs həbs olunub
Lavrov "СССР" yazılı köynəklə Alyaskada - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul, Ankara, İzmir... - Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz-üzə
Ağdərənin Kolatağ kəndinə ilk köç olub - 89 nəfər yola salınıb
"Beşiktaş" Fahri Kerem Ay ilə bağlı məlumat yayıb
Jurnalistlərin binasında "hoqqa verən" "CityNet” KATV1-i də cənginə aldı - Məşhur şirkət niyə satılıb?
"Kocaelispor" polşalı yarımmüdafiəçi ilə müqavilə imzaladı
Baş nazirin müavini: "Biz Paşinyanı yenidən Rusiyada gözləyirik"
"Eyüpspor" Berke Özerlə bağlı xəbər yayıb
Prezident İlham Əliyev Deni Sassu Nqessoya məktub göndərib - MƏTN
Masallıda evə basqın: iki nəfər saxlanılıb, biri qohum çıxıb
Salyanda iyrənc olay: 37 yaşlı kişi 9-cu sinif şagirdini şantaj edib, daha sonra... - TƏFƏRRÜAT
Bu gün Bakının 3 rayonunun qaz olmayacaq
Məşhur hakim peyğəmbərlik eşqinə düşüb: "Allah mənə inanır, işarətlər görülür, qiyamət günü çatıb..."
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
İcra başçısının adının hallandığı qalmaqal... - Məhkəmə qohumunun şikayəti üzrə qərar verdi
Kəlbəcərdə dağda yıxılan kişi ölüb