SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

img

20-12-2023 [19:33]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə olunub.

Tərəflər “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, həmçinin “TotalEnergies” və SOCAR arasında dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə” dair Əməkdaşlıq Sazişi üzrə görülən işləri nəzərdən keçiriblər.

Görüşdə neft-qaz, yaşıl enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA