“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
20-12-2023 [16:49]
“İqtisadi artım üzrə işçi qrupu”nun iclasında Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sosial-iqtisadi inkişaf Strategiyası üzrə həyata keçirilən tədbirlərin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. İşçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu layihələr üzrə görülmüş işlər diqqətə çatdırılıb.
İclasda işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə işlərin icrası ilə bağlı qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb. İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Səhiyyə nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatları dinlənilib və işlərin icrası ilə bağlı təkliflər verilib.
İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, eyni zamanda gələcək planlar barədə danışıb.
İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edə ki, “İqtisadi artım üzrə işçi qrupu” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılıb.
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...