13-06-2014 [13:12]
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyələşdirdiyi Böyük Britaniyanın Birmingem
Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin
layihəsi çərçivəsində bu həftə Britaniyanın Vindzor şəhərində konfrans
keçirilib.
QHT Şurasından Mia.az-a daxil olan məlumata görə, konfransda "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin mütəxəssisləri, keçmiş diplomatlar, tanınmış ekspertlər, İtaliyanın Verona, Böyük Britaniyanın Kent, Finladiyanın Karelian Universitetlərinin professor və müəllim heyəti iştirak edib. Üç gün davam edən konfransda müxtəlif mövzular ətrafında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Konfransın ikinci günündə "Qafqaz: Xarici və daxili qüvvələrin rolu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin elmi işçisi, Dr. Lövun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizması baxımından" adlı məruzəsi dinlənilib. Müəllif tədqiqat işində Böyük Britaniya mediasının Qarabağ münaqişəsinin işıqlandırılması sahəsində fəaliyyətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, nüfuzlu Britaniya nəşrləri münaqişənin işıqlandırılması prosesində qeyri-peşakarlığa və qeyri-obyektivliyə yol vermiş, daha çox səhifələrində Ermənistanın əsassız mövqeyinə yer ayırıblar. Azərbaycanın haqlı mövqeyi isə Britaniya mediasında, demək olar ki, əks olunmamışdır. Sumqayıt hadisələri haqqında təhrif olunmuş məlumatları əsas xəbər başlıqları sırasına çıxaran Böyük Britaniya mediası, Xocalı soyqırımı haqqında qısa informasiya verməklə işini bitmiş hesab etmişdir. Dr. Löv belə vəziyyətin yaranması səbəbi kimi bir neçə faktoru qeyd edib: erməni diasporasının Avropada geniş imkanlara sahib olması; Qarabağ münaqişəsinin tarixi aspektlərinin Britaniya mediası tərəfindən araşdırılmaması; münaqişənin xristian-müsəlman savaşı kimi təqdim edilməsi və s. Tədqiqat işinin yekununda müəllif qeyd edir ki, məhz Britaniya mediasının Qarabağ probleminə birtərəfli və qərəzli yanaşması nəticəsində ilk illərdə ölkə ictimaiyyətinin bu münaqişəyə baxışı daha çox Ermənistanın mövqe ilə üst-üstə düşmüşdür.
Çıxış edən digər
iştirakçılarda Britaniya mətbuatının Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi faktına münasibətinə dair fikrilərini bildirərək keçirilən tədbirin əhəmiyyətini
vurğulayıblar.
Bakıda narkotiacirlər saxlanıldı
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"