Arif Hacılının oğlu azadlığa buraxıldı: "Orxanın azadlığa çıxmasına çalışan hər kəsə təşəkkürlər..."

img

19-12-2023 [12:29]


Müsavat Partiyasının başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə partiya lideri sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Orxan Hacılı artıq azadlıqdadır: "Yanımızda olan, dəstək verən, Orxanın azadlığa çıxmasına çalışan hər kəsə təşəkkürlər".

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Yasamal Rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdıı.


Digər xəbərlər
SON XƏBƏRLƏR