Macarıstandan təhdid: "Bolqarıstan Rusiya qazına əlavə vergini ləğv etməsə..."

img

18-12-2023 [12:59]


"Bolqarıstanın Rusiya qazına tətbiq elədiyi əlavə vergini ləğv eləməsə, Şengenə daxil olmasının qarşısını alacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto açıqlama verib.

Onun sözlərinə görə, Bolqarıstan "Türk axını" boru kəməri ilə ölkəsinə çatan Rusiya təbii qazına tətbiq etdiyi əlavə vergini aradan qaldırmalıdır: "Əks halda biz qonşu ölkənin Şengen zonasına daxil olmasına veto qoyacağıq".

“The Politico” xəbər verir ki, nazir Bolqarıstanın "Türk axını" boru kəməri ilə Macarıstana çatan təbii qaza əlavə vergilər tətbiq edərək "düşmən münasibət" sərgiləyir: "Bolqarıstanın Avropa qanunvericiliyinə tamamilə zidd olan bu qərarı qaz tədarükünü dayandırma riski yaradır. Biz bolqarlara açıq şəkildə bildirdik ki, əgər onlar bu təcrübəni davam etdirsələr və Macarıstanın enerji təchizatını uzun müddət təhlükə altına atarlarsa, biz təkrar edirik: onların Şengen zonasına daxil olmasına imkan verməyəcəyik”.

Xatırladaq ki, oktyabr ayında Sofiya administrasiyası öz ərazisindən başqa ölkələrə gedən təbii qaza hər kubmetrə təxminən 10 avro əlavə vergi tətbiq etməyə başlayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR