DAHA BİR PARTİYA SƏDRİ PREZİDENT OLMAQ İSTƏYİR

img

17-12-2023 [14:04]


Daha bir partiya sədri fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də seçkiidə namizəd olacağını açıqlayıb.

Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Onlardan ikisi - İlham Əliyev və Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR