Astaranın Sım kəndi və orta məktəbi... - Səxavət Tağlar yazır (Təəssürat)
14-12-2023 [20:59]
Zaman olan kimi dostum, direktor həmkarım Əli Nəcəfovla həftə sonu gəzməyi də unutmuruq. Hərdən məkan seçəndə fikirlərimiz üst- üstə düşmür. Ancaq bu dəfə Əli müəllim deyəndə ki, Lənkəran - Astara istiqamətində gedəcəyik, məmnun oldum. Bildim ki, onun proqramı çərçivəsində Astaranın Sım kəndi də var.
O, Lənkəran- Astara Regional Təhsil İdarəsinin Astara rayon sektoru üzrə Sım kənd tam orta məktəbi və məktəbin direktoru Xalıqov Nəbi Böyükağa oğlu haqqında mənə çox danışmışdı...
Cənubun mirvarisi Astara şəhərinin gözəlliyi ilk andan bizi özünə məftun etdi. Günün ikinci yarısı idi.
Nəbi müəllimin zəngi ara vermirdi:
- Harada qaldınız?
O bizi qarşılamaq üçün bələdçi də göndərmişdi. Sım kəndi ərazisində maşınımız gedə biləcəyi qədər yüksəkliyə qalxdıq. Artıq yol bizim maşınlıq deyildi. Bələdçi bizi UAZ markalı maşına oturdub, kəndin ən yüksəkliyindəki Nəbi müəllimin evinə gətirdi. Dumana bürünmüş dağlar, meşələr göz oxşayırdı...
Dost evində gözəl süfrə açıldı. Söhbətlər, şirin xatirələr uzanıb getdi. Gecə soyuq idi. Odun peçində yanan dağ odunu qəribə səs çıxarırdı. Bu səsin romantikası bizə həzin musiqi kimi gəlirdi.
...Səhər bazar günü olmasına baxmayaraq Nəbi müəllimlə Sım kənd tam orta məktəbinə gəldik. Gəlişimizi eşidib direktor müavini Tofiq müəllim, təşkilatçı müavin, 44 günlük Qarabağ müharibəsi döyüşçüsü Əflatun müəllim və bir neçə həmkarları da bizimlə görüşə gəlmişdilər. Məktəbin bağ- bağatı, tərtibatı, sinif otaqları, fənn kabinetləri, labaratoriyalar və ümumən səliqə- sahmanı çox nümunəvi idi.
Nəbi müəllimin otağında məktəbdə fəaliyyətin planlaşdırılması, təhsilimizin bugünkü mənzərəsi, aktual problemləri, qarşıda duran vəzifələr barədə söhbət- diskusiyamız oldu. Müdirik insan, ömrünü təhsilimizin inkişafına həsr etmiş direktor həmkarımızla görüşdən, onun qonaqpərvərliyindən çox qürur duyduq.
Sonda belə görüş və işgüzar səfərlərin tez- tez olması qərarına gəldik. Biz Nəbi müəllimi və onun işgüzar kollektivinin nümayəndələrini İmişliyə dəvət etdik...
Səxavət Tağlar
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi