"Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” beynəlxalq konfransı: Yekun Bəyannaməsi qəbul olunub
14-12-2023 [18:30]
“Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” beynəlxalq konfransının Yekun Bəyannaməsi qəbul olunub.
Mia.az xəbər verir ki, sənədə əsasən, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul edib.
Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında “Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında” 637 (VII) saylı qətnamə qəbul edilmişdir.
14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.
Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemi qurmuşdur.
Bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir.
I. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə 2023-cü il dekabrın 14-də Cenevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvianası, Martinik, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxasında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiyanın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:
- Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80%-dən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50%-i yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilməsi;
- Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;
- Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlmir;
- Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90%-i Fransa dövlətinə aiddir), milyonlarla km2 Eksklüziv İqtisadi Zonalarımıza (ZEE) nəzarət (bu, Fransanı 11 milyon km2 ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin Fransaya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikdə görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına böyük töhfə verən məskunlaşma müstəmləkəsi;
- Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayətləşdirən və korrupsionerləri qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması (Martinik və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyaların yaradılması);
- Qvadelupa, Mayottda içməli suya çıxışın çətinlikləri və Qvadelupa və Martinik əhalisinin 92%-nin xlordekon zəhərlənməsi ilə bağlı böyük səhiyyə qalmaqalı, Muruoa və Fanqataufada nüvə sınaqları cinayəti, Qayanada çay suyunun civə ilə kütləvi çirklənməsi kimi çoxsaylı yaşamaq hüququ pozuntuları;
- Xalqlarımızla zərrə qədər də məsləhətləşmədən ölkələrimizdən böyük Qərb dövlətlərinin Hind-Sakit okean zonasından (Polineziya, Yeni Kaledoniya), eləcə də Karaib-Amerika zonasından (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikadan (Solenzara bazası) müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə edilməsi;
II. 1960-cı il dekabrın 14-də “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”nin anım mərasimi çərçivəsində son fransız müstəmləkələrinin nümayəndələri tarix, eləcə də xalqları qarşısında məsuliyyətlərini dərk edərək,
- Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq qurumları və bütün qitə xalqlarını əsas insan hüquqlarının açıq şəkildə pozulması və xalqların inkişafı, əhalinin rifahı və xalqlar arasında sülhə mane olan, mahiyyət etibarilə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasını təşkil edən müstəmləkəçiliyə və neokolonializmə qəti şəkildə son qoyulmasına daha fəal töhfə vermək üçün rəsmi müraciət irəli sürüblər;
- Müstəmləkəçilik siyasəti ilə müstəmləkə ölkələrində yerli xalqlara qarşı törətdiyi cinayətlərə və Karib dənizi və Amerikada köləliyə çevrilmiş milyonlarla Afrikalının deportasiyasına səbəb olan transatlantik köləliyə görə ədalətli təzminat tələb edirlər;
- FLNKS-ın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti və milli müstəqillik kimi ayrılmaz hüquqlarını həyata keçirmək üçün Kanak xalqının Fransa dövlətinə qarşı səfərbər edilməsini dəstəkləyirlər; onlar Martinika, Qvadelupa, Korsika və Fransız Qvianası xalqlarının öz ölkələrinin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini və ya yenidən siyahıya alınmasını dəstəkləyirlər;
- Nüvə sınağı cinayəti ilə üzləşmiş Polineziya xalqı, eləcə də Fransada bir neçə onilliklərdir qadağan edilməsinə və yüksək kanserogen olmasına baxmayaraq, Fransa dövlətinin istifadəsinə icazə verməklə tam məsuliyyət daşıdığı xlordekon zəhərlənməsi cinayəti ilə bağlı ədalətin bərpası və Martinik, Qvadelupa xalqlarına təzminat ödənilməsi tələbi ilə həmrəy olduqlarını bildirirlər.
- Müharibə riskləri kontekstində, sülh naminə qlobal demilitarizasiyaya və Sakit Okean və Karib dənizi koloniyalarında Fransa bazalarının ləğvinə çağırırlar;
- Planetimizin tərəqqisi və insanın emansipasiyası üçün vacib şərtlərdən biri olan qadınların fundamental iqtisadi, sosial və siyasi hüquqlarına hörmət edilməsini təkid edirlər;
III. Müharibələr, artan beynəlxalq gərginlik, silahlanma yarışının yenidən başlanması, qlobal istiləşmə, davam edən geostrateji təlatümlər nəticəsində baş verə biləcək indiki və gələcək fəlakətlərlə dolu qlobal kontekstdə Bakı Təşəbbüs Qrupu və müstəmləkə və neokolonial hökmranlıq altında olan xalqların nümayəndələri -Mali, Burkina Faso və Niger xalqlarının öz sərvətlərinin talanmasından, fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəni alqışlayırlar;
- Ədalətə, hər cür dominasiyadan imtinaya, qarşılıqlı hörmətə və insan həmrəyliyinə əsaslanan xalqlar arasında həqiqi qlobal əməkdaşlığa çağırırlar.
IV. Cenevrədə keçirilən bu toplantının bütün iştirakçıları gələn il COP 29-a ev sahibliyi etmək missiyası həvalə edilmiş Azərbaycan Respublikasını ürəkdən təbrik edirlər. Onlar əmindirlər ki, Azərbaycan bu qlobal miqyaslı və planetimizin gələcəyi üçün vacib olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkəsizləşdirmə çağırışlarını nəzərə alacaq.
Qeyd edək ki, noyabrın 14-də BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon adalarından, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edib.
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər
Əziz Orucovun kassasiya şikayətinə "yox" deyildi
Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib
Xaricdə oxumuş daha 141 nəfərin diplomu tanınmadı
Şərqi Qüdsdə məscid yandırılıb
Yarım milyard manatlıq qalmaqallı vəsait... - Məhkəmə prosesi
Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar qəbul edib - Vətəndaşın neft emalı zavoduna qarşı iddiası əsasında
Model Səmra "Trendyol"u fırıldaqda ittiham edir: "Bu dolandırıcı şirkətlə əlbir olan blogerlər..."
"O, özünə qəsd edib" - Meyxanaçı Vahid Qədim bıçaqlanma hadisəsindən danışdı (VİDEO)
mygov.az-da daha bir yenilik - İş yerindən arayışı rahat əldə etmək imkanı yaradılıb
SOCAR-ın kredit reytinqi "BB" səviyyəsinə yüksəldilib - Açıqlama
Göygölün yeni icra başçısı məşhur şəxsin oğlu imiş
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib - FOTO
Prezident İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib - FOTOLAR
Ehtiyac üzündən filarmoniyada mühafizəçi işləmiş Xalq artisti Oqtay Ağayev... - Bu gün anım günüdür
Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə... - "Londonda yaşayacaq"
BÜTÜN BORCLULARIN NƏZƏRİNƏ: notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb - ƏKRƏM HƏSƏNOV YAZIR
Fuad Nəcəfli gecəylə Naxçıvanı belə tərk edib - "Bundan sonra o, rahat-rahat telefonda oyun oynaya bilər" (FOTO)
Azərbaycan nefti ucuzlaşdı - 2.3 dollar
DÇ-2026: Türkiyə yığması bolqarlarla oyuna hazırlaşır
Türkiyədə yenə zəlzələ olub - Qısa fasilələrlə 4 dəfə...
"ChatGPT"nin yeni nəsil versiyası: GPT-5.1 modeli