Noyabrda ölkədə gündəlik xam neft hasilatı 492 min barrel olub

img

14-12-2023 [18:08]


2023-cü ilin noyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barrel olub.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, Bunun 492 min barrelini xam neft, 117 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. 

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir. 
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA