Putinlə Ərdoğan yanvar ayında görüşəcək: "Bu mövzuda Türkiyə lideri ilə yaxın bir nöqtədəyik"

img

14-12-2023 [15:11]


 "Ərdoğan Qəzza ilə bağlı diplomatik səylərdə aparıcı rol oynayır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putin illi ənənəvi mətbuat konfransında verilən suala cavabda deyib.

Putin qeyd edib ki, Ərdoğan Qəzzadakı səylərdə öncül rol oynayır: "Qəzza və Şərqi Qüdsdə BMT qərarlarını (Müstəiql Fələstin dövlətinin elanını nəzərdə tutur - Mia.az) icra etməliyik. Bu mövzuda prezident Ərdoğanla yaxın bir nöqtədəyik".

Putin yanvar ayında Ərdoğanla görüşünü də istisna etməyib: "Mümkündür ki, gələn ilin əvvəlində Ərdoğanla yeni görüşümüz olsun".

Firudin Səfərli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA