"Konya bələdiyyəsini bizə verin" - Ərbakan Ərdoğanla "siyasi bazarlıq" edib

img

14-12-2023 [11:50]


Prezident Ərdoğanla Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan arasında keçirilən görüşün təfərrüatları məlum olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 50 dəqiqə çəkən qapalı görüşdə Fatih Ərbakan 31 matrt 2024-də keçiriləcək bələdiyyə seçkilərində Ərdoğanın lideri olduğu AKP-yə bir şərtlə dəstək verə biləcəklərini söyləyib.

İddiaya görə, o, Ərdoğana "Sizə İstanbul, İzmir və Ankarada güclü dəstək verə bilərik, ancaq bunun üçün mərhum atam Necmettin Erbakanın adı ilə anılan və atamın çox bağlı olduğu Konya şəhər bələdiyyə sədrliyi bizm namizədə verilməlidir...", - şərtini irəli sürüb.

Prezident Ərdoğanın bu təklifə nə cavab verdiyi isə sirr olaraq qalır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR