Sahibə Qafarova Mərakeşə səfər edib

img

14-12-2023 [11:09]


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gəlib.

Mia.az xəbər verir ki, Rabat Beynəlxalq Hava Limanında nümayəndə heyətini Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər müddətində keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA