Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-12-2023 [00:02]
Qoç - günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.
Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik tapacaq. Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənqidləri səngitməyəcəklər. Axşam saatlarında səmimi söhbət və birgə məşğuliyyət ailə münasibətlərini yaxşılaşdıracaq.
Buğa - səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar. Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun.
Günün ikinci yarısında aram ritmlə çalışın. Belədə tapşırıq və işlərin öhdəsindən uğurla gələcəksiniz. Ailədə uşaqlarla bağlı problemlər yarana bilər. Şəxsi münasibətlərdə hisslərə əsaslanan problemləri çözməyə başlayın. Axşam saatları sakit keçəcək.
Əkizlər - səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək. Gecikmələr, təxirəsalmalar olacaq. Uğursuzluqlar və ya imtinalara görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul, əlverişli deyil.
Günün ikinci yarısında bədxərclik etməyin, məntiqli davranın. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Yaxınlarınızla emosional müzakirələrə başlamayın. Belə ünsiyyət münaqişə ilə sonuclana bilər. Axşam saatlarında situasiya normallaşacaq.
Xərçəng - səhər saatlarından etibarən işlərin görülməsində və yerinə yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın.
Günün ikinci yarısında bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və münasibətləriniz korlana bilər. Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanın ifrat iradları ilə qarşılaşacaqsınız. Amma elə sizin özünüzü eqoizmdə suçlayacaqlar. Sadə, təvazökar olun.
Şir - günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd olduğunuz marşrutlarla hərəkət edin. Alış-verişdə çox pul xərcləməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və intellektinizi nümayiş etdirin. Yaxınlarınızla təmaslarda soyuqqanlı, təmkinli olun. Problemləriniz və qayğılarınız barədə sevdiyiniz insanla danışa bilərsiniz. Səmimiyyət münasibətləri möhkəmləndirəcək. Aktiv fiziki təmrinlər yeni güc verəcək.
Qız - əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq. Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil. Səbrli olun, əlverişli anı gözləyin.
Günün ikinci yarısında situasiyanın kəskinləşməsi sizi aqressiv davranmağa, düşünülməmiş addımlar atmağa vadar etməsin. Qayğıkeş olun, ailə üzvlərinin problemlərini həll edin. Axşam saatlarında romantik əhval istirahət istəyi ilə əvəzlənəcək.
Tərəzi - səhər saatlarından etibarən birmənalı olmayan situasiya formalaşacaq. Başa vurduğunuz və ya yaxşı yerinə yetirdiyinizi düşündüyünüz işdə əhəmiyyətli səhv aşkarlana bilər. Mövqeyinizi tərəfdaş və həmkarların nəzərinə çatdırın. Günün ikinci yarısında nikbin davranın, süstlüyə qapılmayın. Axşam saatlarında qonaq gelə bilərsiniz. Rəğbət bəslədiyiniz insanlarla ünsiyyət xoş olacaq. Maraqlı insanla qarşılaşa bilərsiniz.
Əqrəb - günün ilk yarısında yolda və sükan arxasında çox ehtiyatlı davranın. Cəzalana, cərimələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar bilikləriniz və bacarıqlarınızı yetərincə dəyərləndirmirlər. Təəssüf, pərişanlıq hissi yarana bilər.
Günün ikinci yarısında situasiyada dəyişikliklər başlanacaq. Başladığınız işi uğurla başa vurmaq, əlavə gəlir mənbəyi əldə etmək imkanları var. Axşam saatlarına yaxın müstəqil və təkbaşına çalışın. Aktiv ünsiyyətə, fəal təmaslara can atmayın. Sevdiyiniz insanın sizə sualları var. Normal istirahət etməyə çalışın.
Oxatan - işlər planlar çərçivəsindən kənara çıxırsa, qıcıqlanmayın. Yol verdiyiniz səhvlərin səbəblərini arayın. Situasiyanı obyektiv dəyərləndirin. Saatlar keçdikcə enerjiniz artacaq. Məqsədə doğru qətiyyətlə irəliləyin. Mənasız məsləhətlərə, boş sözlərə qulaq asmayın.
Günün ikinci yarısında çətinlikləri sürətlə dəf etməyə daşlayın. Əhvalınızda dəyişikliklər istisna deyil. Səhhətinizə fikir verin. Axşam saatlarında dostlarla sabahkı günü planlaşdıra bilərsiniz.
Oğlaq - yeni anlaşma və sövdələşməyə nail olmaq istəyirsinizsə, bir qədər gözləyin. Sənədləri yeniləməyə tələsməyin. Çünki az sonra vəziyyət dəyişəcək və bir sıra məsələlər aktuallığını itirəcək.
Günün ikinci yarısında riskli qərarlar qəbul etmək olar. Enerjiniz az deyil. Amma hansısa addımı atmazdan əvvəl yaxşıca düşünüb-daşının.
Axşam saatları ailədəki mühiti yaxşılaşdırmaq üçün yaxşıdır. Birgə səylərlə münasibətləri normallaşdırmaq mümkündür. Sevdiyiniz insan sizi anlayacaq.
Dolça - bəzi hallarda məqsədə çatmaq üçün nəyisə qurban vermək gərəkdir. Problemlərə həddən artıq fikir verməyin. Bununla yanaşı, mövqelərinizdən geri çəkilməyin. Ətrafınızdakı insanlar sizi iradəsiz altruist kimi tanımamalıdır. Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Günün ikinci yarısında məişət problemlərinin sayı artacaq. Yaxın ətrafınızdakı insanlardan biri sizinlə rəqabətə başlayacaq, sizə meydan oxuyacaq. Ona fikir verməyin, emosiyalarınızın əsiri olmayın.
Balıqlar - uğursuzluqlar sizi bədbinləşdirməsin. Baş verənlərlə yalnız neqativ məqamları görməyin. Pozitiv olun, çətinliklərə sinə gərin. Süstlük və ətalət, astagəllik yaşam tonusunuzun səviyyəsini aşağı sala bilər. Saatlar keçdikcə vəziyyət nisbətən normallaşmağa başlayacaq.
Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. İstirahət və əyləncəni təxirə salın. Aktiv işləyin, məqsədə doğru sürətlə irəliləyin. Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz.
Milli.Az
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi