Avropalı analitik Qarabağdan danışdı

img

12-06-2014 [15:40]


Brüsseldə fəaliyyət göstərən Avropa Siyasət Mərkəzinin analitiki Amanda Paulla son dövrdə Ermənistan-Azəbaycan sərhədindəki mövcud gərginlik haqqında danışıb. 

Bu haqda TİA.az Ermənistanın «Haykakan Jamanak» nəşrinə istinadən xəbər verir. 

Məlumata əsasən, Paulla Ermənistan və Azərbaycan sərhədində son günlərdəki gərginliyin Ukrayna və Suriyada davam edən münaqişələrlə paralelliyini aparıb: "Dağlıq Qarabağ problemi olduqca həssas bir mövzudur.
Ermənistan və Azərbaycan Ukraynadakı hadisələrdən təsirlənirlər. Çünki Rusiya Federasiyasının bu məsələdə oynadığı rol olduqca əsəbiləşdiricidir. Rusiya əlaqələrini istifadə edərək, başqalarını daha da əsəbi hala gətirməyə davam edir. Rusiyanın Avrasiya İqtisadi Forumu çərçivəsində qarşıdurmanı həll etməyə çalışır və bunu özünə elverişili şəkildə yönləndirməsi üçün əlindən gələni əsirgəmir". 

Avropalı analitik, eyni zamanda, Avrasiya İqtisadi Forumunda Ermənistan və Azərbaycanın birlikdə təmsil olunması məsləsinə də toxunub: "Rusiyanın Ermənistan və Azərbaycanı məqsədlərinə çatmaq üçün birləşdirməyə çalışması fikirinə qatılıram. Problem budur ki, Rusiya, nə döyüş, nə də barış istəyir. Çünki bugünki vəziyyət Rusiyanın özü üçün faydalıdır. Rusiya Kreml faktorunun "Beynəlxalq Barış Gücü”nə çevrilməsini daha da gərgin bir vəziyyətə çatdırmaq niyyətindədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA