Ərdoğan daha bir partiya sədri ilə görüşüb - Seçki müzakirəsi (Yenilənib)

img

13-12-2023 [18:58]


Xəbər verdiyimiz kimi, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan HUDA PAR sədri Zekeriya Yapıcıoğlu ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Yapıcıoğlu qısa olaraq bunu deyib: "Prinsipcə deyə bilərəm ki, Cumhur İttifaqının yola davam etməsi üçün bir tələb və iradə razılığı var. Dostlarımız önümüzdəki günlərdə detallar üzərində işləyəcək".

***

Türkiyə prezidenti bu gün Cumhur İttifaqına daxil olan daha bir partiya sədri ilə görüşəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Bakı vaxtilə saat 16.00-da HUDA PAR sədri Zekeriya Yapıcıoğlunu qəbul edəcək.

Məlumata görə, AK Partiya Mərkəzi Qərargahında keçiriləcək görüşdə 31 mart 2024-cü oil bələdiyyə seçkiləri əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, ötən gün Ərdoğan Cumhur İttifaqına üzv olan Yenidən Rifah Partiyasının sədri Ərbakanla da görüşüb müzakirə aparmışdı.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR