Qarabağdakı pay torpaqları nə vaxt paylanacaq? - Nazirdən açıqlama

img

12-12-2023 [12:57]


"İşğaldan azad olunmuş ərazilərdə toplam əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır".

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, bu kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib. Əkin aparılacaq sahələrin həcmi isə iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq.

“İslahat qərarları konsepsiyası hazırlandıqdan sonra həmin ərazilərdə pay torpaqlarının verilməsinə başlanacaq”- nazir əlavə edib(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA