Daha bir deputat İYİ Partiyasından istefa verdi: "Bu, bardağı daşıran son damla oldu..."

img

07-12-2023 [00:17]


İYİ Partiyası Qurucu İdarə Heyətinin üzvü, bu ilin mayın 14-də İstanbuldan deputat seçilmiş Ayşe Sibel Yanıkömeroğlu təmsil olunduğu partiyadan istefa verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında qərarını açqılayıb.

Deputat bildirib ki, partiyasının məqsəd və prinsiplərimizdən uzaqlaşdığını görməkdən kədərlənir: "CHP-nin əməkdaşlıq təklifinin rədd edilməsi isə bardağı daşıran son damla oldu. Bu səbəblərdən istefa verdim. Millət bizə səs verdi ki, bu sistemi dəyişdirin. Təəssüf”.

Deputat digər paylaşımında əlavə edib ki, bundan sonra ölkəsinin maraqlarını üstün tutaraq fəaliyyətini davam etdirəcək.

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR