ELM və TƏHSİL NAZİRLİYİNDƏ 696 MİLYONLUQ YOXLAMA: 102 milyonu kimlər "itirib"? - Geri ödənişi ilə bağlı rəsmi qərar verildi
06-12-2023 [11:32]
Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib.
Mia.az xəbər evrir ki, bu barədə Palata məlumat yayıb.
Bildirilib ki. auditin əhatə etdiyi dövrdə 666,3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib:
"Satınalma müqavilələri əsasında 461,1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 milyon manatı əhatə edilib.
Hesablama Palatası eyni mövzu üzrə əvvəlki dövrdə də kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib, iki auditin nəticələrinin müqayisəsi bir sıra müsbət meyillərin olduğunu göstərsə də, cari auditlə hər iki qurum tərəfindən dövlət satınalmalarının müxtəlif mərhələləri üzrə fəaliyyətin təşkilində oxşar və fərqli bəzi nöqsanlara yol verildiyi müəyyən edilib.
Əvvəlki dövrdən fərqli olaraq, cari auditin əhatə etdiyi dövrdə dövlət satınalmalarının hüquqi aktların tələbləri ilə müəyyən olunmuş müddətlərdə hazırlanması təmin edilsə də, planlaşdırmanın əsaslı şəkildə təşkil olunmaması səbəbindən bir sıra hallarda plandan kənarlaşmalara yol verilib. Satınalma planlarının tərtibi zamanı bəzi hallarda satın alınacaq malların adı, həcmi, miqdarı və ölçüsü haqqında məlumatlar hər bir mal üzrə ayrı-ayrılıqda göstərilməyib, bəzi hallarda isə faktiki satınalma sayı planlaşdırılmış saya uyğun olmayıb.
Əsas şərtlər toplusunda satın alınan mallara dair texniki və ya keyfiyyət göstəriciləri üzrə tələblərin dəqiq və aydın şəkildə əks etdirilməməsi bir sıra hallarda nəzərdə tutulub, satın alınmış malların fərqlənməsinə səbəb olmaqla ümumilikdə tenderin şərtlər toplusunda göstərilən xüsusiyyətlərə cavab verməyən malların satın alınmasına şərait yaradıb. Bu, eyni zamanda həmin malların alış və bazar qiymətlərinin uyğunluğunun ədalətli qiymətləndirilməsi imkanını məhdudlaşdırıb.
İcra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1 %-nin ilin IV rübünə təsadüf etdiyini göstərir.
Ümumilikdə bir sıra fəaliyyətin təkrarlanan və amillərin proqnozlaşdırıla bilinən olması fonunda satınalmaların bir mənbədən keçirilməsi halları davam edib, başqa sözlə bəzi istiqamətlərdə əhatənin məlum olması satınalmaların proqnozlaşdırılmasını asanlaşdırsa da, həmin işlərin və xidmətlərin bir mənbədən satınalmalar tətbiq edilməklə alınması metodun əsaslı şəkildə seçilmədiyini vurğulamaq imkanı verib.
Bəzi hallarda hüquqi aktlarla müəyyən olunmuş funksiyaların icrasını təmin edən xidmətlərin kənar təşkilatlardan satın alınmasına və ya nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsinə yol verilmiş, satınalmaların, eləcə də müqavilənin qüvvədə olma müddətinin funksional fəaliyyətə uyğun şəkildə planlaşdırılmaması poliqrafiya məhsullarının bir hissəsinin təhsil ilinə uyğun təmin olunmaması ilə nəticələnib.
Satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırıb, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaradıb.
Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırıb.
Audit prosesində ehtiyacların mövcud resursların real dəyərləndirilməsi aparılmadan qiymətləndirildiyi müəyyən olunub ki, bu da bir tərəfdən dövlət vəsaitlərinin əlavə istifadəsinə, digər bir tərəfdən isə 2 milyon manatdan çox dəyərə malik aktivlərin ildən-ilə istifadəsiz saxlanılmasına şərait yaradıb.
Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunub ki, bu da son nəticədə icra prosesində 1(bir) şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.
Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat ödənişə şərait yaradıb. Bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.
Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92 milyon manatlıq 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaradıb.
Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşıyıb, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilib.
Həyata keçirilmiş funksiyalar əsasında formalaşan maliyyə vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində avans ödənişi ilə bağlı müəyyən edilmiş hədlər gözlənilməyib, istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayınmaq məqsədilə akkreditiv ödənişlər həyata keçirilib, bu isə ödənişlər və görülmüş işlər arasında uyğunluğun ədalətli qiymətləndirilməsinin məhdudlaşdırmasına səbəb olub.
Auditin nəticələri üzrə 2022-ci ilin sonunda akkreditiv hesablara yönəldilmiş vəsaitlərdən nəzarət tədbirinin sonuna qədər 12,9 milyon manat tam məbləğdə bağlanılıb, 4,2 milyon manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib və işlər yerinə yetirilib, qəbul olunmuş Kollegiya Qərarında 102,4 min manatın bərpasının təmin edilməsi ilə bağlı bənd əks olunub".
MİA.AZ
Rusiyanın döyüş təyyarəsi Finlandıiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər