TƏBİB: "Ölkədə qızılcaya yoluxma sayında artım müşahidə olunur"

img

01-12-2023 [14:45]


"Ölkədə qızılcaya yoluxma sayında artım müşahidə olunur".

Mia.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır: "Virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir. Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var".

O əlavə edib ki, hamilələr və digər yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir.

TƏBİB rəsmisi bildirib ki, xəstə şəxslərdə səpkilər üz nahiyəsindən başlayır və digər yerlərə yayılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR